8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Təbriz Həsənov məğlubiyyəti şərh etdi: “Yaş fərqini bəhanət etmək istəməzdim”

“Nə deyə bilərəm ki? Rəqibi təbrik edirəm. Sloveniya bu gün qələbə layiq idi”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçüncü turu çərçivəsində Sloveniyaya qarşı keçirilən oyundan (0:4) sonra deyib.

Həsənov bütün komponentlərdə rəqibdən geri qaldıqlarını vurğulayıb:  “Sloveniya millisi bütün komponentlərdə bizi üstələdi. Oyun ərzində səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanət etmək istəməzdim. Çünki bura gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda bu ilki turnir də davam edir. Növbəti matçda daha yaxşı oynayacağımızı düşünürəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30