8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Bolqarların baş məşqçisi: “Azərbaycan millisi haqda heç bir məlumatım yoxdu”

“Turnirə 17 yaşlı futbolçularla gəlmişik. Komandamızın rəqibdən 1 yaş kiçik olması oyunumuza təsir göstərdi. Bununla belə, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi Viktorio Pavlov deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirin ilk turunda bolqarlar Sloveniyaya 1:4 hesabı ilə məğlub olub. Pavlov növbəti turda qarşılaşacaqları Azərbaycanla oyun haqda bunları söyləyib: “Təəssüf ki, Azərbaycan millisi barədə heç bir məlumatım yoxdu. Ümumiyyətlə, qrupdakı rəqiblərdən xəbəsizik. Turnirə başqa komandayla qatılmalıydıq. Amma son anda planlar dəyişdi. Bugünki oyunda qapıçımızın da, digər oyunçuların da müəyyən səhvləri oldu. Bununla belə, mən komandama inanıram. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30