8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ukraynalılar Qriqorçuk, Qay və Bezotosnını fərqləndirib

“Qəbələ” klubunun builki çıxışı Ukrayna mətbuatının da diqqətindən yayınmayıb. "Report"un məlumatına görə, həmkarlarımız 2015-ci ilin yekunları ilə bağlı təhlillərində baş məşqçi Roman Qriqorçuk, futbolçulardan Aleksey Qay və Dmitri Bezotosnıya da yer ayırıblar.

R.Qriqorçuk və digər baş məşqçilərin əcnəbi klublarda göstərdikləri nəticələr "Top-10"da "məşqçi sıçrayışı" kimi əksini tapıb. "Footboom.com" saytı 50 yaşlı mütəxəssisin nailiyyəti barədə bunları qeyd edib: "Roman Qriqorçuk ukraynalı mütəxəssislərin işləməyi bacardıqlarını sübut etdi. "Çernomorets"in sabiq çalışdırıcısı "Qəbələ" ilə Azərbaycan çempionatının gümüş medalını qazandı və klub tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bundan başqa Roman İosifoviç mətbuat konfransına "aerodrom"la gəldi. İlin sonunda isə Qriqorçuk Azərbaycanda ilin baş məşqçisi seçildi".

Bundan əlavə "Qəbələ"nin iki futbolçusu Ukraynanın 2015-ci ilin simvolik komandasında da yer alıb. Yarımmüdafiəçi Aleksey Qay əsas, qapıçı Dmitri Bezotosnı isə ehtiyat oyunçu kimi siyahıya daxil edilib. "Ua-football.com" saytı Aleksey Qay və Dmitri Bezotosnı haqda bunları qeyd edib: "Təcrübəli Qay Azərbaycan komandası üçün vacib oyunçudur. O, mövsüm ərzində bütün matçlarda forma geyinib və həmişə əsas heyətdə meydana çıxıb. Onun uğurlu çıxışı və qolu sayəsində Qriqorçuk rekord qələbəyə imza atıb, "Qəbələ" üçün məğlubiyyətsiz seriya yaranıb. Onun ötürməsi nəticəsində Dodo "Panatinaikos"un qapısına yol tapıb və komanda Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qay 2015-ci ildə stabil çıxış edib. Bezotosnı da kolleksiyasına Azərbaycan çempionatında qazanılmış gümüş medal əlavə edib, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. O, Avropa Liqasının təsnifat mərhələsində Yunanıstanın PAOK klubu ilə iki, "Panatinaikos"la isə bir oyunda qapısını toxunulmaz saxlayıb".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30