Ölkə futbolu
Stenli Brard: "Çalışacağam ki, Yaponiyadan bir komandanın Qəbələyə gətirilməsinə yardımçı olum"
Məşqçilər haqqında məşhur bir deyim var: məşqçinin çemodanı həmişə yanında olmalıdır. Uğur qazanmadısa, çemodanını götürüb getməlidir. Ancaq bu deyim heç də bütün məşqçilərə aid edilə bilməz. Elə mütəxəssislər var ki, qazandığı uğurlara, əldə etdiyi nəticələrə, çalışdığı sahədə göstərdiyi nümunəvi peşəkarlığa baxmayaraq, nə vaxtsa “çemodanını götürüb” ona doğmalaşmış məkanı tərk etməli olurlar. “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Stenli Brard kimi. “Qəbələ” ilə müqaviləsinə ötən həftə qarşılıqlı razılaşma əsasında xitam verilən sabiq direktor bundan sonra Yaponiyada çalışacaq.
Hollandiyalı mütəxəssis Qəbələyə ilk dəfə 2012-ci ilin iyun ayında, I “Qəbələ Kuboku” turniri zamanı, təmsil etdiyi ölkənin məşhur “Feyenoord” Futbol Akademiyasının direktoru kimi gəlmişdi. O, ölkəmizə ikinci dəfə 2013-cü ilin aprel ayında səfər etdi. Bununla da, akademiyanın ilk direktoru, türkiyəli mütəxəssis Əli Yavaşın öz postundan gedişindən sonra yeni təyinat gerçəkləşdi. Stenli Brard akademiyanın direktoru təyin olundu və iyunun 1-dən yeni vəzifəsində işə başladı.
Yeni direktorun təcrübəsi və uğur “baqajı” kifayət qədər böyük idi. Futbolçu kimi, əsasən, “Feyenoord”da çıxış edən (8 mövsüm) Brard karyerasıni bitirdikdən sonra vətənində “Kapelle” (1994-cü il), “Vitesse” (1996-2000-ci illər) və “Den Haq” (2001-ci il) klublarında məşqçi kimi çalışmış, 4 il (2002- 2005-ci illər) Yaponiyanın “Nagoya Grampus Eight”, 7 il isə “Feyenoord” Futbol Akademiyasına başçılıq etmişdi. Onun rəhbərlik etdiyi “Feyenoord” akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilmiş və “Rinus Mixels” mükafatına layiq görülmüşdü.
“Qəbələ”dəki fəaliyyəti 2 il 5 ay davam edən holland mütəxəssis 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın “Nogoya Qrampus Eight “ klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək. Tanınmış mütəxəssis ayrılıq ərəfəsində “Qəbələ İK”nın suallarını cavablandırdı.
- Yaponiyadan gələn təklif və bununla əlaqədar “Qəbələ”dən ayrılmağınız bir qədər gözlənilməz oldu...
- Çox tez qərar verməli oldum. Təklifin gəlməsi və bununla bağlı qərarın verilməsi cəmi 4 gün çəkdi.
- Qəbələdən hansı təəssüratla, hisslərlə ayrılırsınız? Bu qərarı vermək çətin olmadı?
- Əlbəttə ki Azərbaycandan yaxşı təəssüratla, xoş xatirələrlə ayrılıram. Bu, təkcə mənim şəxsi fikrim deyil. Ailə üzvlərim də dediklərimi təsdiqləyə bilərlər. “Qəbələ”də çox nəcib, işgüzar və bacarıqlı insanlarla birgə çalışdım. Burada özümüzü həmişə evimizdəki kimi hiss etmişik. Belə deyərdim, hər zaman öz evini tərk etmək çətin olur. Amma neyləmək olar, futbol həyatı belədir. Qərar vermək çətin oldu. Çünki uzun müddət idi “Qəbələ” də çalışırdım. Bu müddətdə yaxşı insanlarla təmasda olmuş, xeyli dost qazanmışam. Amma nə vaxtsa belə bir qərar verməli idim.
-“Nagoya Grampus” da işiniz nədən ibarət olacaq?
- Mən vaxtilə bu klubun akademiyasının direktoru olmuşam. Bu dəfə isə işim və səlahiyyətlərim çox olacaq. Klubun idman direktoru vəzifəsini icra edəcək, eyni zamanda əsas komandada baş məşqçinin köməkçisi kimi çalışacağam. Əsas komanda ilə akademiya arasında, belə deyək, “körpü” rolunu oynayacağam. Gənc istedadların aşkar edilməsi və onların əsas komandaya cəlb olunmasına vasitəçilik edəcəyəm. Mən eyni zamanda klubun baş məsləhətçisi kim fəaliyyət göstərəcəyəm.
- “Qəbələ” Futbol Akademiyasında işlədiyiniz 3 ilə yaxın dövrdə hansı yenilikləri edə bildiniz?
- Qəbələyə gələrkən qarşımda bir sıra məqsədlər dayanırdı. Əsas vəzifələrdən biri akademiya məşqçiləri və futbolçularının peşəkarlığını artırmaq, onların bilik və bacarıqlarını daha da inkişaf etdirmək idi. Bunun üçün məşq proqramlarında bir sıra dəyişikliklər etdik. Məşqlərin təşkili və məzmununa da “əl gəzdirdik”. Məşqçilərin nəzəri və praktik biliklərinin artırılması üçün bir sıra işlər gördük. Müntəzəm təşkil etdiyimiz seminarlarda nəzəri biliklərimi gənc məşqçilərə ötürə bildim. Bu yeniliklər oyun tərzimizə də müsbət təsir göstərdi. Çox şadam ki, məşqçilərimiz bu yenilikləri müsbət qarşıladılar və ideyalarımızı reallardırmaq üçün əllərindən gələni etdilər. Ümid edirəm, bu prinsiplər akademiyada məndən sonra da qorunacaq.
- Sizi bu vəzifədə kim əvəz edəcək?
- Akademiyanın direktor vəzifəsini mövsümün sonunadək Halim Fıçıcı icra edəcək. Bundan sonra həmin vəzifədə kimin çalışacağını deyə bilmərəm.
- Bu vəzifəyə kimisə təklif etdinizmi?
- Klub bu məqsədlə mənə müraciət etməyi lazım bilərsə, məmnuniyyətlə kömək edərəm.
- Akademiyamızın daha da inkişaf etdirilməsi üçün Sizcə, daha hansı işlər görülməlidir?
- Gələcəkdə hansı işlər görüləcəksə, bu, artıq klubun qərarı olacaq. Ümid edirəm ki, “Qəbələ” Futbol Akademiyasında başlanılan iş uğurla davam etdiriləcək. Mən məşqçilərimizin işindən, yeniyetmələrimizin peşəkar futbolçu kimi yetişməsi üçün göstərdikləri səylərdən razıyam. Mənə elə gəlir ki, həm məşqçilər, həm də futbolçularımız qarşıya qoyulan məqsədlərə çatacaqlar.
- Mütəxəssis kimi özünüz “Qəbələ”dəki işinizə necə qiymət verərdiniz?
- Burada gözəl, yaxşı insanlarla tanış oldum. Gözəl şəraitdə, öz işini sevərək görən insanlarla çiyin-çiyinə işlədim. Ona görə də, “Qəbələ”də çalışmaq mənə asan oldu. Mən buraya gələndə, klub və akademiyamız inkişaf baxımından müəyyən bir nöqtəyə çatmışdı. Burada çalışdığım qısa müddətdə klub xeyli irəli getdi. Əsas komanda Avropa Liqasına vəsiqə qazandı və hətta turnirin qrup mərhələsinə çıxdı. Belə davam edərsə, klubun parlaq gələcəyinə ümid etmək olar.
- Yeri gəlmişkən, əsas komandamızın Avropa Liqasında uğurlu çıxışı akademiyanın həyatına, futbolçulara necə təsir etdi?
- Hər kəs “Qəbələ” haqqında danışmağa başladı. Bunun da bizim üçün xeyri bu oldu ki, komandamız Avropa Liqasında irəlilədikcə, akademiyaya gəlmək istəyənlərin sayı çoxaldı. “Qəbələ” akademiyasına axın gücləndi və nəticədə onların arasında seçim etmək imkanlarımız artdı. Kimliyindən asılı olmayaraq, hər kəs istəyirdi ki, “Qəbələ”nin bir parçası olsun. Bu da klubun inkişafı üçün çox yaxşı hal, əlamətdar hadisədir.
- Gələn ilin yayında növbəti dəfə “Qəbələ kuboku” turnirinin keçirilməsi planlaşdırılır. Budəfəki yarışda, ilk dəfə olaraq, Yaponiyadan klub görə bilərikmi?
- Növbəti “Qəbələ Kuboku” turnirinin keçirilməsi üçün müəyyən işlər aparılır. Klub da istəyir ki, iştirakçılar baxımından turnir daha da rəngarəng olsun. Yarışda Asiyadan, Amerikadan klublar iştirak etsin. Mən özüm isə çalışacağam ki, Yaponiyadan hansısa bir komandanın Qəbələyə gətirilməsinə yardım edim.
P.S. Dəyişkən, aktiv və keşməkeşli həyat futbol məşqçilərinin yaşam tərzidir. Çox heyif ki, gələn ilin may ayında “Qəbələ” ilə müqaviləsini yeniləyəcəyini niyyət edən Stenli Brarda da, hardasa, bu yaşam tərzinin “qurbanı” oldu. Nə etmək olar? Bizdən “Qəbələ” Futbol Akademiyası və onun kollektivinin yaddaşında xoş xatirələrlə qalacaq gözəl insana və peşəkar mütəxəssisə yeni-yeni uğurlar diləmək qalır! Yolun açıq olsun, Stenli!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”