28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“İstefa məsələsinə şərhim yoxdu”

Topaz Premyer Liqasının XVII turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Zirə” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Futbolxeber.az-ın məlumatına görə görüşdən sonra baş məşqçilər matç haqda fikirlərini açıqlayıblar:

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.  


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31