9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan millisi Sloveniya, Latviya və Bolqarıstanla bir qrupda

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, yarışda mübarizə aparacaq 14 komanda 3 qrupa bölünüb. Qruplardan ikisində 5, birində isə 4 komanda yer alıb. Azərbaycan yığması məhz az komandanın yer aldığı “C” qrupunda qərarlaşıb. Millimiz Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupda yer alıb. Digər iki qrupun tərkibi isə aşağıdakı kimidir:

“A”: Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva

“B”: qrupu: Finlandiya, Qazaxıstan, Estoniya, Moldova, Rusiya

Qeyd edək ki, yarış Sankt-Peterburqda 2-13 yanvar tarixlərində baş tutacaq. Turnirdə 1998-ci ilədək olan futbolçular iştirak edəcək.

Ötən il yarışda 18 komanda mübarizə aparıb. Budəfəki iştirakçıların hamısı 1 il əvvəl də Sankt-Peterburqda yarışıb. 1 əvvəlki iştirakçılardan Yunanıstan, Cənubi Koreya, Rusiya-2 və Moskva komandaları bu dəfə yarışa qatılmayacaq.

Oyunlar Sankt-Peterburqdakı Olimpiyski Idman Konsert Kompleksində baş tutacaq.

Xatırladaq ki, ötən il Azərbaycan yığması 18 iştirakçı arasında beşinci olmuşdu.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30