9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyev: "Mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik"

Topaz Premyer Liqasının XVI turunun açılış oyunu Gəncədə keçirilib və “Kəpəz” - “Rəvan” görüşündə hesab açılmadı. Futbolxeber.az-ın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib:  

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30