Ölkə futbolu
İbrahim Əsgərli: “Hər şeyi süni örtüklə bağlamaq olmaz”
10 ildən artıqdı futbol sahəsində çalışan həkim İbrahim Əsgərlinin Futbolxeber.az saytına müsahibəsi
- Son illərdə ölkə xaricində idmanla bağlı təşkil edilən konqreslərə və seminarlara qatılırsınız. Bu cür konqreslərdə hansı mövzular haqda məlumat verilir?
- Konqreslərdə əsasən idman həkimliyi sahəsindəki ən son yeniliklər, müalicə, müayinə üsulları barədə çıxışlar olur. Sonuncu qatıldığım belə bir konqres Türkiyənin paytaxtı Ankarada baş tutub. Türkiyə İdman Həkimləri Dərnəyi və Gülhanə Askeri Tibb fakültəsinin təşkilatıçılğı ilə baş tutan konqres sayca 15-ci dəfə keçirilirdi.Yeri gəlmişkən qeyd edim ki, mənimlə idman həkimliyi sahəsində yaxından əməkdaşlıq edən cüdo millisinin həkimi Ceyhun Əliyev də kinezioloji kursda iştirak edirdi.
- Hansı məsələlər daha çox müzakirə mövzusu oldu?
- Bu konqres ənənəvi keçirilən bir tədbirdir. İdman həkimliyi sahəsində mövcud olan, prearitet sayilan, tez -tez rast gəlinən travmaların ən qisa müddətdə müalicəsi və reabilitasiyasi , akupunktur, proloterapi, nöroterapi, PRP, kinezioloji tetbiq, zedelenmelerde kayropratik müalicə, ozonoterapiya, idmançılarda ani kardiyak ölümün önlənməsi, profilaktikası və s. mövzular haqqında Türkiyənin və Avropanin ən məhşur idman həkimləri, travmotoloq-ortopedlərin muhazirələri və müzakirələri aparıldı. Bu movzulardan Karyopratik müalicə, PRP, Proloteraiya və nöralterapi son zamanlarda idman meydanlarinda baş veren zədələnmələrin müalicəsi və qisa vaxtda geri donməsini təmin edən ən son yöntəmlərdir ki, bzim kiçik futbol ölkələri üçün yenilik ola biləcək movzulardır. Həmin vaxt kurslar da təşkil edilirdi. Orda Kinezioloji simptomatik müalicə və istifadə qaydaları, təyinatı haqda təlimlər keçirilirdi. Kurslar zamanı həm də zədədən dönən idmançıların bərpa proseslərinin düzgün həyata keçirməklə bağlı slaydlar göstərilirdi.
- Əksər mütəxəssislərimiz futbolçuların zədələnməsində süni örtük amilini qabardırlar. Bu məsələyə təcrübəli idman həkimi kimi sizin fikrinizi bilmək maraqlı olardı...
- Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu gün Avropadakı 10 meydançadan 4-5-nin örtüyü sünidi. Ona görədə futbolçuların tez-tez zədələnməsini yalnız bununla əlaqələndirmək düzgün olmazdı. Futbolçunun özündən də çox şey asılıdır. Hansı bədən üzvündə, hansı əzələsində zədəyə meyillilik hiss edirsə, müalicə etdirməli, üzərində fərdi şəkildə işləməli, möhkəmlətmə, regional və ya ümumi dözümlülük proqramı esasında ixtisaslı-təcrübəli idman həkimlərə müraciət etməlidirlər. İnsan orqanizmi məşqin yükünə, proqramına uyğunlaşdırılmalıdı. Önəmli səbəblər arasında futbolçunun psixoloji durumu, düzgün qidalanması, yatma və yuxu rejiminə əməl etməsi də önəmli yer tutur. Digər yandan klubun, eləcə də millinin həkimi futbolçunu 24 saat nəzarət altında saxlaya bilməz. Bunu ən yaxşı halda toplanışlar zamanı edə bilər. Ona görə də futbolçu həm də özünün həkimi olmalı, idmançı xarakteri nümayiş etdirməlidir. Bunları doğru-düzgün yerinə yetirən futbolçunun zədələnmə riski də xeyli aşağı düşür. Təbii ki, xroniki, eləcədə kontaktlar zamanı alınan zədələri bura daxil etmirəm.
- Sadaladıqlarınızı futbolçulara çatdırmaq üçün klublarla birgə seminarlar təşkil etməyi düşünürsünüzmü?
- Hal-hazırda bəzi klublardan təkliflər almışıq. Konkret “Kəpəz” klubunu qeyd edə bilərəm. Çimərlik futbolu üzrə milli komandanın təlim-məşq toplanışları arasındakı müddətdə də bu mövzularda maarifləndirmə xarakterli seminarlar təşkil edir və söhbətlər aparıram. Gələcəkdə bununla bağlı seminarlar keçirməyi planlaşdırmışıq. Amma bəzi təşkilati işlər var ki, bunu fərdi olaraq etmək mümkün deyil. Yəqin ki, bu işləri klubların və ya idman federasiyalarının dəstəyi ilə həyata keçirəcəyik.
- Ölkəmizdə ixtisaslı idman həkimlərinin sayı azdır və bu da müəyyən boşluqlar yaradır. Bunun səbəbini nədə görürsünüz?
- Çünki tibb universitetində bununla bağlı ayrıca fakültə yoxdu. Əksər həkimlər ən yaxşı halda altı il ərzində 30-40 günlük kurslarda iştirak edirlər. Əlbəttə, bu müddət ixtisasa yiyələnməyə kifayət etmir. Çalışırıq ki, FİFA və UEFA-nın, eləcədə ölkə xaricində təşkil edilən müxtəlif kurslar və seminarlara qatılmaqla, fərdi qaydada üzərimizdə çalışmaqla, müxtəlif ədəbiyyatlardan yararlanmaqla bu boşluğu dolduraq. Təəssüf ki, bu sahədə müəyyən problemlər də var. Bəzi klublarda massajçılar “ həkim” kimi çalışırlar. Bu tendensiya son illərdə azalsa da, I divizion klublarında qalmaqdadı. Halbuki həkim ən azı insan anatomiyasını, fiziologiyasını bilməli, xəstəlik, xəstəliyin klinikası, simptomatikası, müalicəsi və profilaktikası ilə bağlı fikirlər söyləməyi bacarmalıdı. Klublarımız bu sahədə çox dərinə getmirlər. Amma milli komandalarda bu işə daha ciddi yanaşırlar. Tibb hər gün dəyişən, inkişaf edən sahədi. Həkim öz üzərində işləməli, müasir ədəbiyyatlardan bəhrələnməli, ali təhsil bazası olmalıdı. Təəssüflər olsun ki, azərbaycan dilində tibblə bağlı tutarlı ədəbiyyatlar, elmi vəsaitlər yoxdu. Bu da müəyyən çətinliklər yaradır. Bir neçə həkim yoldaşımla bu boşluğu doldurmaq niyyətindəyik.
- Əksər futbolçular zədələnən zaman cərrahiyyə əməliyyatı olunmaq üçün ölkə xaricinə üz tutur. Bu həkimlərimizə inamsızlıqdan irəli gəlir, yoxsa ölkəmizdə bunun üçün maddi-texniki baza yoxdu?
- Bu gün Azərbaycanda kifayət qədər cərrah-həkim resursları var. Ölkə xaricinə üz tutanlar əsasən əməliyyat üçün yollanırlar. 10 ilə yaxındır futbol sahəsində çalışıram. Etiraf edim ki, son 4-5 ildə buna ehtiyac duymuram. Problem yerli həkimlərimizin təbliğatının zəif aparılmasıdı. Amma kifayət qədər savadlı, istənilən cərrahiyyə əməliyyatını həyata keçirəcək həkimlər, eləcədə şərait var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi