Ölkə futbolu
Hafiz Məmmədov İspaniya Kralı ilə görüşüb
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov İspaniya kubokunun Madridin "Atletiko" və "Real" klubları arasında keçirilən finalı qarşılaşmasını izləmək məqsədi ilə İspaniyada səfərdə olub. Futbolxeber.az-ın məlumatına görə, səfər ərzində İspaniya kralı Əlahəzrət I Xuan Karlos, İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo, baş nazirin müavini Soraya Saenz de Santamaria, Madird şəhərinin meri Ana Botella ilə görüşən Hafiz Məmmədov Azərbaycan Respublikasının prezidenti, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin inkişafına və çiçəklənməsinə xidmət edən xarici və daxili siyasəti, Azərbaycanda aparılan quruculuq işləri, "Bakı" və "Atletiko" Madrid klubları arasında yaranan münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açmışdır.
İspaniya kralı Əlahəzrət I Xuan Karlos görülən işləri yüksək qiymətləndirərək, iki ölkə arasında yaranan dostluq münasibətlərindən məmnun qaldığını, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün zəruri addımların atılacağını bildirib.
Görüş zamanı Hafiz Məmmədov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Əlahəzrət I Xuan Karlosa ölkəmizə dəvətini çatdırıb, səfərin yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu bildirib.
İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo ilə də görüşən Hafiz Məmmədov Azərbaycan iqtidarının dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, yaxın zamanlarda Azərbaycan Respublikasında İspaniya Krallığının Səfirliyinin açılmasını qərarı verildiyini bir daha təsdiqləyib, ölkəmizə səfər etməyi planlaşdırdığını və açılış mərasimində şəxsən iştirak etmək arzusunda olduğunu vurğulayıb. Eyni zamanda nazir qeyd edib ki, aprelin 29-30-da "Atletiko" (Madrid) klubunun Azərbaycana səfər zamanı müşayiət etmiş İspaniyanın nüfuzlu iş adamları bu prosesin səfirliyin tez bir zamanda açılmasını məqsədəuyğun sayaraq, Azərbaycanla iqtisadi əlaqələrə böyük önəm verdiklərini bildiriblər.
Öz növbəsində H.Məmmədov dövlətimizin İspaniya ilə əlaqələrin hərtərəfli genişləndirməsinə hazır olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin möhkəmləndirilməsinə mühüm təkan verə biləcəyini qeyd edib.
H.Məmmədov İspaniya Krallığının baş nazirinin müavini xanım Soraya Saenz de Santamaria, mədəniyyət və idman naziri Xose İqnasio Orteqa və turizm naziri Xose Manuel Lopezlə keçirdiyi görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, mayın 18-də "Atletiko"nun İspaniya kubokunun finalındakı qələbəsi ilə bağlı Madrid şəhərinin mərkəzində tədbir təşkil olunub. Yüz minlərlə yaxın azarkeşin iştirak etdiyi tədbirdə "Atletiko" klubunun oyunçuları üzərində Azərbaycan Respublikasının bayrağı ilə bəzədilmiş avrobusla gəliblər. Səhnədə "land of fire Azerbaijan" adlı böyük banner quraşdırılıb.
Mərasim zamanı "Atletiko" klubunun futbolçuları və rəsmi nümayəndələri "Lənd of Azerbaijan"ın düşərli olduğunu, 14 ildən sonra "Real"ı məğlub edərək, 10-cu dəfə İspaniya kubokunun qazanılmasında dəstəyə görə Hafiz Məmmədova təşəkkürlərini ifadə ediblər. "Atletiko"nun türk futbolçusu Arda Turan ölkəmizə və xalqımıza olan hörmətini bir daha nümayiş etdirərərk azarkeşlər önünə Azərbaycan bayrağı ilə çıxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq