9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bezotosnı: “Əvvəlki oyunlarda bəxtimiz gətirsəydi, qrupda qalmazdıq”

“PAOK-un qapısına qol vura bilmədik. Elə bu səbəbdən də qələbə qazana bilmədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.

Ukraynalı mütəxəssis PAOK-la oyuna (0:0) tam hazırlaşdığınmı bildirib: “Bərpa dövrünü yaxşı keçdim. Tam gücümlə məşq etdim və qapıda daha yaxşı dayanmağa çalışıram”.

Bezotosnı “Qəbələ”nin Avroliqada qrupda qalmasının səbəbini belə izah edib: “Avroliqada keçirdiyimiz hər oyunda xeyli sayda qol imkanlarımız olur. PAOK-la Bakıdakı, “Krasnodar”la səfər görüşündə qalib gələ bilərdik. Lakin həmin matçlarda qol imkanlarından istifadə edə bilmədik. "Borussiya" ilə Bakıdakı matçı xüsusilə qeyd edərdim. İlk dəqiqələrdə gözəl qol şanslarımız oldu. Heç olmasa ikisindən istifadə edə bilsəydik, oyun daha da maraqlı olardı”.

Bezotosnı vurğulayıb ki, “Borussiya”nın səfərdə “Krasnodar”a uduzması onun üçün sürpriz olub: “Belə olacağını düşünmürdük. Amma "Borussiya" Rusiyaya güclü heyətlə yollanmamışdı. Bilirsiz, bu futboldu və hər klub öz vəzifəsini yerinə yetirir. Əvvəlki oyunlarda bəxtimiz gətirsəydi, qrupda qalmazdıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30