9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tahir Gözəl: “İnanmıram, şansımız çox azdı”

“Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra “Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Tottenhem”lə qarşılaşan ağdamlıların rəhbəri 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib: “Əlbəttə, rəqib çox güclü idi. İnkişaf etmiş və güclü kollektivdi. Vurduğumuz qolun ofsayt olması bizim bəxtsizliyimiz idi. Nəsə “Qarabağ”ın ofsaytlarla bəxti gətirmir. Əlimizdən gələni etdik, mübarizə apardıq. Çox çətin qrupa düşmüşdük. Ancaq “Qarabağ” meydana çıxdığı hər oyunda qələbəyə yaxın tərəf idi. Klubumla fəxr edirəm. Azərbaycanı layiqincə təmsil etdik”.

Gözəl qrupun son oyununda da meydana qələbə üçün çıxacaqlarını deyib: “Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq onu bilmirik. Düzü inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən “Qarabağ”ımla fəxr edirəm”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30