9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” PAOK-la oyunun hazırlığına start verib

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib. Komanda dünən Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.

Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komanda PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Bu arada PAOK - “Qəbələ” oyununu danimarkalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yakob Kehletdir. Ona Henrik Larsen və Lars Riks kömək edəcək. Əlavə köməkçi hakimlər Mads-Kristoffer Kristoffersen və Peter Kyesqard-Andersendir. Görüşün dördüncü hakimi funksiyasını isə

Lars Hummelqard yerinə yetirəcək. 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30