9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

"Şəmkir" Premyer Liqa arzusunda

Birinci divizionda yüksək yerlər uğrunda mübarizəni davam etdirən “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyəti üçün təqdimatı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, “Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə əminliyini vurğulayıb.

Şəmkirdə yaşayan müəssisə rəhbərləri, sahibkar, ziyallılar da klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Klub prezidenti Fərid Hüseynov “Şəmkir” klubunda böyük işlər getdiyini, klubun gələcəkdə Azərbaycan Premyer Liqasında mübarizə aparması üçün əllərində gələni edəcəklərini deyib: "Məqsədimiz "Şəmkir" klubunun əvvəlki şöhrətini qaytarmaqdır. Şəmkir təmsilçisi hər zaman iddialı klublar sırasında olub. Hazırda 1-ci divizionda mübarizə aparırıq, başlıca məqsəd yaxın gələcəkdə premyer liqaya qayıtmaqdan ibarətdir. Şəmkir fəalları və azarkeşlərin köməyi sayəsində biz komandaya əvvəlki əzəmətini qaytara bilərik".

Tədbirdə çıxış edən "Şəmkir" klubunun futbolçuları və məşqçi heyəti birinci divizionda çempionluq uğrunda mübarizəni sona qədər davam etdirəcəklərini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30