Ölkə futbolu
Qurban Qurbanov: “Futbolçunun belə hərəkət etməyi doğru deyil”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- “Rəvan”a qarşı keçirdiyiniz yoxlama oyunu haqda fikirləriniz…
- Düşündüyümüz kimi maraqlı və gərgin oyun keçdi. Oyunçularımda yorğunluq var. Bir çox oyunçulara şans verdik. Bu matçda Armenteros 30 dəqiqə oynadı.
- Armenteros matçın 30-cu dəqiqəsində əvəzləndi. Bunu əvvəlcədən proqnozlaşdırmışdınız?
- Xeyr, Armenterosun ayağında yüngül ağrı oldu. 10-cu dəqiqədə epizodların birində rəqib futbolçu ilə mübarizədə baş verdi.
- Premyer Liqada “Qəbələ” ilə 7 xallıq fərq var. Sizcə, bu səbəb komandada futbolçuları arxayınlaşdırmayacaq?
- Qətiyyən xeyr. Əgər “Qəbələ” xallar itiribsə, deməli biz də itirə bilərik. Növbəti tur bizi “Kəpəz”lə çətin oyun gözləyir. Rəşad Sadıqov zədəli olduğu üçün “Tottenhem”ə qarşı oynaya bilməyəcək. Elvin Yunuszadənin Rəşad Sadıqovu əvəz edəcəyindən ehtiyatda müdafiəçi olmayacaq.
- Sizcə kapitanın olmaması komandaya necə təsir edəcək?
- Rəşad Sadıqov haqda tam dəqiq nəsə demək olmaz. Hər şey yaxşıya doğru gedir. Mən ümid edirəm ki, “Tottenhem”lə matçda Rəşad Sadıqovun xidmətlərindən yararlana biləcəyik. Hələ ki, müalicə gedir.
- “Tottenhem”lə matç “Qarabağ” üçün ölüm-dirim oyunudur…
- Bu oyuna ölüm-dirim deməzdim. “Tottenhem”in gücü və adı-sanı hər kəsə məlumdur. Məncə, azarkeşlər üçün də maraqlı olar ki, “Tottenhem” kimi komandanı canlı olaraq izləyə bilsinlər. Rəqib komanda olsa da, onların da bacarıqlı və istedadlı futbolçuları var. Azarkeşlər bir anlıq İngiltərə Premyer Liqasına gedib çıxa bilərlər (gülür). Biz çalışacağıq ki, rəqibə qarşı düzgün taktika ilə oynayaq və sona qədər mübarizə aparaq. İnşallah, əlimizdən gələni etməliyik ki, biz bu oyunda nəticə qazanaq. Düşünürəm ki, azarkeşlər hər zaman olduğu kimi, bu dəfə də bizi tək qoymayacaqlar.
- Mahir Mədətov millinin heyətindən intizamsızlığına görə qovulub. Bu haqda Nazim Süleymanovla və Mahir Mədətovla söhbət etmisiz?
- Xeyr, hələ ki, söhbət etməmişəm. Mən hər zaman futbolçularıma tapşırıram ki, milli komandaya gedəndə, özünüzü yaxşı tərəfdən göstərin. Necə deyim, mən həmin epizodu canlı görməmişəm. Əgər yazılanlar və deyilənlər doğrudursa, futbolçunun belə hərəkət etməyi doğru deyil. Mahir Mədətovla söhbət etməmişəm. Lakin bu mövzu ilə bağlı onunla ciddi şəkildə söhbət edəcəm. Açığı, bu xəbəri eşidəndə təəccübləndim. Mahirdən elə hərəkəti gözləmirdim. Heç bir futbolçuya güzəşt edilməyəcək. Hətta komandanın ən güclüsü olsa belə intizam birinci növbədədi . Futbolçu məşqçinin tapşırığını yerinə yetirməlidi.
- Elvin Yunuszadə, Coşqun Diniyev və İlqar Qurbanov milliyə dəvət almadı. Sizcə Prosineçki seçimində ədalətsiz davranmayıb?
- Fikrimcə, xeyr. Əgər onların oyunu Prosineçkini tam şəkildə qane etsəydi, milliyə çağırardı. Düzdür, onlar son oyunlarda start heyətdə meydanda olurlar. Amma bu, o demək deyil ki, onlar milliyə dəvət almalıdırlar. Mən belə düşünürəm ki, son zamanlar milliyə haqqı olan futbolçular dəvət edilir.
Mənbə: sportal.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”