9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verir

Topaz Premyer Liqasının XII turunun “İnter”lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına bu gün start verəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək. Roman Qriqorçukun yetirmələri məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətəninə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt”la matçının hazırlıqlarına millidən qayıtdıqdan sonra qoşulacaq.

Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də, Sumqayıtın “Kapital Bank Arena” stadionunda keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30