8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Yaşar Seyidov: “Əvvəldən deyilsəydi ki, “Şahdağ”la oyunumuz canlı nümayiş olunmayacaq...”

“Peşəkar Futbol Liqasının rəhbərliyi ilə oyunun canlı yayımlanması ilə bağlı söhbətimiz olmuşdu. Bizə deyilmişdi ki, “Şahdağ”la oyunumuz canlı yayımlanacaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

Klub rəsmisi canlı yayımla əlaqədar olaraq stadionu hazır vəziyyətə gətirdiklərini bildirib: “Biz canlı yayıma tam hazır idik. Stadion hazır vəziyyətə gətirilmişdi. Elektron reklam lövhəsi belə işə salınmışdı. Lakin sonradan məlum oldu ki, matç canlı yayımlanmayacaq. Bu səbəbdən də “Şahdağ”la oyunumuz təbii deyil, süni örtüklü meydançada baş tutdu”.

Yaşar Seyidov bildirib ki, digər kanallar “Bakı”nın oyununu canlı yayımlamağa hazırdılar: “Bu gün də PFL-lə danışığımız oldu. Növbəti ev oyunumuz noyabrın 12-də olacaq. İnanırıq ki, həmin oyunumuz “CBC-Sport”la göstəriləcək. Bizə əvvəldən deyilsəydi ki, “Şahdağ”la oyunumuz canlı nümayiş olunmayacaq, o zaman alternativ variantlara əl atardıq.

Bizim sponsorlarımız var və onlar da maraqlıdırlar ki, “Bakı”nın oyunları televiziya vasitəsi ilə canlı yayımlansın. Klubun marketinq siyasətini nəzərə almaq lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30