9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq”

“Uduzmaq istəmirdik. Təəssüf ki, alınmadı. Bütün oyun boyu müdafiədə diqqətli olsaq da, rəqibin ustalığı bizi səhv buraxmağa məcbur etdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Monako” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis rəqibin şansından yararlandığını bildirib: “Topla yaxşı rəftar edən rəqibə qarşı oynamaq çətindir. Məncə, müdafiədə yaxşı təsir bağışladıq. Rəqibin hücumlarının qarşısını ala bildik. Lakin 90 dəqiqə ərzində bunu etmək çətindir. “Monako” öz şansını dəyərləndirdi”.  

Qurbanov növbəti oyunda Bakıda qələbə qazanmaq istədiklərini vurğulayıb: “Növbəti oyunda Bakıda “Monako”ya qarşı daha yaxşı oynamağa çalışacağıq. Hazırda rəqibi daha yaxşı tanıyırıq. Növbəti turda öz meydanımızda maksimal nəticə qazanmaq istəyirik. Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq”.

Mənbə: azerisport.com

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30