9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın qış hazırlıq planı məlumdu

Topaz Premyer Liqasında mübarizə aparan klublardan birinin qış hazırlıq planı artıq məlumdu. Futbolxeber.az-ın məlumatına görə, “Xəzər Lənkəran” yenidən Türkiyəyə yollanacaq. Bu ilin yanvarında Antalyanın Belek bölgəsində təlim-məşq toplanışı keçən cənub təmsilçisi yenə eyni məkanı seçib.

Baş məşqçi Yunis Hüseynov apasport.az saytına açıqlamasında yanvarın 3-də Antalyaya yollanacaqlarını bildirib. Komanda ayın 25-dək orda hazırlıq keçəcək və “Crystal Tat Beach Golf Resort & Spa” otelində məskunlaşacaq. Hüseynov toplanış zamanı 5 yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını da əlavə edib. Lakin rəqiblərin kimliyi hələ məlum deyil.

 Qeyd edək ki, “Xəzər Lənkəran” bu il də yanvarın 6-dan 25-dək “Crystal Tat Beach Golf Resort & Spa” otelində məskunlaşmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30