9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Futbol+” üçün əlamətdar gün

Bu gün “Futbol+” qəzeti üçün əlamətdar gündür. Futbolxeber.az-ın məlumatına görə, qəzetin 18 yaşı tamam olur. “Futbol+” qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin təsisçisi Vüqar Məmmədov, baş redaktoru isə Mahir Rüstəmlidir. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009-cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci,4-cü,5-ci, və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur.

18 yaşı münasibəti ilə “Futbol+” qəzetindəki həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30