Ölkə futbolu
Elxan Abdullayev: "Qəbələ"nin qrupdan çıxmaq şansı var"
Milli komandamızın məşqçisi Elxan Abdullayevin “Qəbələ İK” qəzetinə müsahibəsi
“Krasnodar"ın oyununun tam alınmasına "Qəbələ" imkan vermədi”
- Avropa Liqasının qrup mərhələsində eyni vaxtda iki təmsilçimizin mübarizə aparması çox yaxşı haldır. Qrup mərhələsinin ikinci turunda “Qarabağ” kimi “Qəbələ” də qalib gələ bilərdi. Təəssüf ki, Krasnodarda istəyimizə nail ola bilmədik. “Qarabağ” 6 ildir Avropa
Liqasında çıxış edir, ötən mövsüm də qrup mərhələsinə düşmüşdü. Bu komandanın sabit heyəti var, futbolçuları uzun müddətdir bir yerdə oynayır. “Qəbələ” isə Avropa Liqasında gənc komandadır, qrupun debütantıdır. Hər halda, komandanın hesabında xal var və bunu qrup mərhələsinin ilk oyununda qazanıb.
- Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışını necə dəyərləndirərdiz?
- Bu başdan qeyd edim ki, “Qəbələ”nin qrup mərhələsinə düşməsi artıq böyük uğurdur. Həm də komandanız bu mərhələyədək güclü rəqiblərlə mübarizədən qalib ayrılıb. Avropa meydanlarında böyük təcrübəyə malik ”Apollon” və “Panatinaikos” kimi komandaları mübarizədən kənarlaşdırmasını, xüsusi qeyd edərdim. Onu da
unutmayın ki, həmin vaxt yerli çempionat start götürmüşdü və “Qəbələ” sıx qrafikdə oynamalı olurdu.
- “Krasnodar”la oyun haqqında nə deyə bilərsiz?
- “Qəbələ” ikinci hissəni ilk yarıdan qat-qat yaxşı oynadı. Fasilədən sonra komandamız böyük ərazi üstünlüyünə malik idi. Daha çox hücum edən tərəf biz idik, çoxlu qol imkanımız oldu.Hətta 2 dəfə rəqib qapısına yol tapsaq da, hakim qolları saymadı. Rəşad Sadiqovun tirdən qayıdan zərbəsi yaddaqalan oldu. Təəssüf ki, bu üstünlük oyunun nəticəsində əksini tapmadı. “Krasnodar”ın heyətində həm Rusiya, həm də digər ölkələrin yığmalarına cəlb olunan 8 futbolçu çıxış edir. Bu matçda qələbə topunu vuran Fyodr Smolov Rusiya millisinin hücumçusudur. “Krasnodar”dakı braziliyalılar da tanınmış futbolçulardır. Belə güclü heyəti olan rəqibə qarşı oynamaq və hətta bəzi epizodlarda onları üstələmək asan məsələ deyil. Həmin gün “Krasnodar”ın oyunu tam alınmadı. Çünki buna “Qəbələ” imkan vermədi. Şəxsən mən komandamızın oyunundan razı qaldım.
- “Qəbələ”nin qrupdan çıxması realdırmı?
- Qrupda güclü komandalar yer alıb. Avropanın ən tanınmış komandalarından olan Dortmund “Borussiya”sı favoritdir. PAOK azarkeş dəstəyi sayəsində doğma meydanında çox güclü oynayır. Yunanlar Almaniya klubundan xal almaqla bunu sübut etdilər. Odur ki, sonadək mübarizə aparmaq lazımdır. Əgər “Qəbələ”
özünəməxsus tərzdə çıxış etsə, oyun keyfiyyətini daha da artırsa, növbəti mərhələyə çıxmaq şansını gerçəkliyə çevirə bilər. Niyə də yox? İnanıram ki, komanda xal ehtiyatını artıracaq.
“Vaxt gələcək, onlar da əsas yığmada oynayacaq”
- Millinin məşqçisi olaraq klublarda, o cümlədən, “Qəbələ”də əsas diqqəti yığma üzvlərinə, namizədlərə yönəldirsiz. Onların hazırlıq durumu sizi qane edir?
- Əsas işim milli üzvlərinin oynununu izləyib, onların hazırlıq səviyyəsini diqqətdə saxlamaqdır. “Qəbələ”nin heyətində millinin 4-5 üzvü var. Təəssüf ki, onlar Avropa Liqasında az oynayırlar. Yaxşı olardı ki, azərbaycanlı futbolçulara avrokubok oyunlarında daha çox şans verilsin. Ancaq bu, mənim istəyimdir. Klubun isə öz planları var və buna heç kim qarışa bilməz. Təəssüf ki, “Qəbələ”nin milli üzvlərindən Ruslan Abışovla Vüqar Nadirov sifariş olunmadıqlarından avrokubok matçlarına çıxa bilmirlər. Halbuki, onlar qrup mərhələsi oyunlarında böyük təcrübə qazana bilərdilər.
- “Qəbələ”nin son yerli transferləri - Ruslan Abışov, Vüqar Nadirov və Vaqif Cavadov oldu. Bu futbolçuların “Qəbələ” kimi iddialı kluba keçməsi, güman ki, millinin məşqçilər korpusunu da sevindirdi.
- Klublarda çıxış edən oyunçuların uğurları bizi də sevindirir. Milli üzvünün ehtiyatda qalması isə ürəkaçan hal deyil. Məsələn, Məhəmməd Mirzəbəyov “Qəbələ”də az oynayır. Biz - millinin məşqçiləri onun müntəzəm oynamasını istərdik. Tək Məhəmməddə yox, bütün milli üzvlərində oyun praktikası çox olmalıdır. Milli üzvlərinin hansı klubda oynaması bizim üçün önəmli deyil. Əsas məsələ onların müntəzəm meydançaya çıxmasıdır. Ruslan yenidən “Qəbələ”də çıxış etdiyindən ona dəvət göndərdik və Bolqarıstanla oyunda şans verdik. Vüqarla Vaqif isə hələ ki ehtiyatda qalır. Qeyd edim ki, təkcə onlar deyil, hər bir azərbaycanlı futbolçu milli komandaya namizəddir.
- Əsas heyət oyunçumuz, gənc müdafiəçi Ürfan Abbasov sentyabrda Xorvatiya və Maltayla oyunlar öncəsi milliyə çağırılsa da, sonradan heyətdən kənarlaşdırıldı. 20 yaşlı yarımmüdafi əçimiz Elvin Camalov isə Prosineçkinin vaxtında milliyə mütəmadi dəvət alsa da, hələ rəsmi debüt etməyib.
- Elvin U-21-də çıxış edir, bütün matçlarda oynayır. Hələ gəncdir, zamanı gələndə əsas yığmada da oynayacaq. Biz hər bir futbolçunu izləyirik. Elə oyun yoxdur ki, millinin məşqçiləri onu izləməsin. Hər bir futbolçu haqda məlumatımız var. Ürfanı çağırmışıqsa, deməli, onun potensialını görürük. Heyətlə bağlı son qərarı baş məşqçi verir. Vaxt gələcək, Abbasov da millidə çıxış edəcək. Prosineçki dəvət edibsə, deməli, o, Ürfanı diqqətdə saxlayıb.
- Milli komandamız üçün daha bir seçmə mərhələ arxada qaldı. Yekunda bu barədə nə deyərdiz?
- İtaliya yığmasıyla matç tarixi oyun oldu. İlk dəfə Olimpiya stadionunda futbol matçı keçirildi. İtaliyayla matçda məqsədimiz Xorvatiya ilə matçda olduğu kimi azarkeşləri öz oyunumuzla, nəticəylə sevindirmək idi. Bolqarıstan yığması da bizim kimi final mərhələsinə düşmək şansını itirdiyindən, nəticə baxımından gərgin olmayan bir matç oldu. Prosineçkinin gəlişindən sonra milli komandamızda irəliləyiş hiss olunur. Ancaq sabiq baş məşqçi Berti Foqstun dövründə ilk 4 oyunda xal qazanmamaq bizi geri saldı. Gərək növbəti seçmə mərhələdə daha yaxşı çıxış edək, nəticə verək.
Mehman SÜLEYMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”