9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın stadionu ciddi təhlükə ilə üz-üzədir

Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” - AZAL oyunu baş tutmaya bilər. Bu haqda Futbolxeber.az saytına bu haqda Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: “Lənkəranda 10 gündür ki, yağışlar yağır. Son 4 gündə isə yağış 1 an belə dayanmayıb. Hətta şəhərin bəzi mərkəzi yolları belə, sıradan çıxıb. Yağış səbəbindən stadionunun drenaj sistemi artıq çatdırmır. Düzdür, hazırda qazonun durumu elə də pis deyil. Lakin stadion ciddi təhlükə ilə üz-üzədir. Stadionun yanından çay keçir. Digər tərəfdən olan bənd artıq sıradan çıxıb. Stadion tərəfdə olan bənd də sıradan çıxsa, arenanı su basacaq”.

H.Cəbrayıloğlu qeyd edib ki, bütün suallara sabah aydınlıq gələcək: “Sabaha da yağış deyilib. Ona görə də indidən dəqiq söz demək çətindir. Stadionun əməkdaşları əllərindən gələni edirlə. Yağış heç olmasa, 3-4 saatlıq dayansaydı, su çəkilərdi. Əsas qorxumuz bayaq dediyim kimi, bəndlə bağlıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30