9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA-dan "Bakcell Arena"ya qadağa

UEFA "Qəbələ" klubunun Avropa Liqasındakı oyunlarından öncə "Bakcell Arena"dan istifadəyə qadağa qoyub. "Report"un məlumatına görə, qadağa meydanın ot örtüyünün vəziyyəti ilə bağlı olub.

Örtüyün yüklənmə nəticəsində ağır duruma düşəcəyi qənaətinə gələn qurum nümayəndələri arenada Avroliqa ərəfəsində Azərbaycan Premyer Liqası matçlarının keçirilməsinə icazə verməyib. Bu səbəbdən, VIII turun "Neftçi" - "Qəbələ" matçı "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

UEFA hələ "Qəbələ"nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə - sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununun "Bakcell Arena"da keçirilməsinə mane olmaq istəməyib.

Qeyd edək ki, "Qəbələ" Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə "qırmızı-qaralar" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin qonağı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30