8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Zirə” yoxlama oyununda AZAL-a məğlub oldu

“Zirə” Avro-2016-nın seçmə mərhələsinin oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama oyunu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qartallar” AZAL-la üz-üzə gəliblər. Baş məşqçi Adil Şükürov start heyətində Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Çimezi Mbah, Luis Alberto, Tərzin Cahangirov, Viktor İqbekoyi, İqor İvanoviç, Rəşad Avdullayev və Rihairo Muelensə şans verib. Fasilədən sonra isə demək olar bütün komanda dəyişib və Elməddin Məmmədov, Ruslan Cəfərov, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Eltun Hüseynov, Dieqo de Souza, Eduardo da Konseysao, Nicat Qurbanov, İlqar Hüseynov, Nurlan Novruzov və Vüsal İsgəndərli meydana daxil oldu. Milli komandalarda olan futbolçular Anar Nəzirov, Adil Nağıyev, Tellur Mütəllimov və Nelson Bonilla oyunda iştirak etməyib. Zirə İdman Kompleksində keçirilən oyun qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın əvvəllərində AZAL hesabı açıb. Oyun ərzində daha çox üstünlüyə malik olan “Zirı” isə bu üstünlüyü hesabda əks etdirə bilməyib. Görüşün 2-ci hissəsində Nicat Qurbanova qarşı edilən kobudluğa görə təyin olunan penaltini yerinə yetirən Təmkin Xəlilzadə qapı dirəyini “nişan alıb”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30