7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

Erik Ramos: “Xəzər Lənkəran”la oynamaq ayrıca bir motivasiyadır"

Oyunöncəsi mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə yanaşı komandanın kapitanı Rəşad Sadiqov və Erik Ramos da iştirak ediblər. Futbolxeber.az-ın məlumatına görə, Rəşad Sadiqov sabah qələbə üçün meydana çıxacaqlarını bildirib: "Çempionluq kimi kubok da bizim üçün önəmlidir. Sabah növbəti uğurumuzu qazanmaq istəyirik. Peşəkarıq və oyunun əhəmiyyətini başa düşürük. Çempionatla kubok fərqli turnirdir. Ancaq biz hər ikisində qələbəni qarşımıza məqsəd qoymuşuq. Çempionatda buna nail olduq. İndi kubokun qalibi olmaq istəyirik. Çalışacağıq ki, burada da şansı əldən verməyək. Buna da nail olsaq, növbəti mövsümün startı öncəsi yaxşı motivasiya olunacağıq”. 
Paraqvaylı futbolçu Erik Ramos "Qızıl dubl" haqda düşündüklərini bildirib: "Kubokun finalında oynamaq yaxşı motivasiyadır. Biz artıq çempion olmuşuq və kuboku da qazanmaq imkanımız var. Buna nail olsaq, “qızıl dubl” etmiş olacağıq. Bu, gözəl motivasiyadır. “Xəzər Lənkəran”la oynamaq isə ayrıca bir motivasiyadır. Mövsümü “qızıl dubl”la baş vursaq, bu, bizim üçün avrokuboklar öncəsi yaxşı bir başlanğıc olacaq”.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30