9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Araz Abdullayev: “Heç kim penaltini dəqiq yerinə yeticəcəyini əvvəlcədən bilmir”

“Xəzər Lənkəran”la oyuna yaxşı başlamışdıq. Qarşılaşmanın əvvəlində penalti vurmaq hüququ qazansaq da, təəssüf ki dəqiq oynaya bilmədim”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin kapitanı Araz Abdullayev deyib.

Təcrübəli yarımmüdafiəçi fasilədən sonra toparlandıqlarını qeyd edib: “Fasilədə öz aramızda danışdıq, ikinci hissəyə də qolla başladıq. Lakin sonradan gözləmədiyimiz halda qapımızda qol gördük. Bundan sonra oyunda dönüş yaratmağa çalışsaq da, sonda 1 xalla kifayətlənməli olduq”.

Matçın əvvəlində penaltini qaçıran Araz Abdullayev bununla bağlı sualı belə cavablandırıb: “Heç kim penaltini dəqiq yerinə yeticəcəyini əvvəlcədən bilmir. Topu uzaq küncə göndərsəm də, qapıçı topu çıxara bildi. Hakimlər barədə danışmaq istəmirəm. Əsas odur ki, maraqlı qarşılaşma alındı. Evdə oynadığımıza görə, 3 xal qazanmaq istəyirdik. Artıq qarşıdakı matçlara baxacağıq”.

“Neftçi”nin “7 nömrə”si növbəti turda qarşılaşacaqları “Qarabağ”la görüşdən də söz açıb: “Bütün oyunlara eyni yanaşırıq. Çalışacağıq həm yaxşı oynayaq, həm də xal qazanaq. Hazırlıq baxımından rəqibdən rəqibə fərq olur. “Qarabağ” kimi komandaya qarşı oynamaq üçün əlavə köklənməyə ehtiyac olmur. Çünki rəqibinin gücünü bilirsən”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30