Ölkə futbolu
Reynaldo: “Azərbaycan millisində oynamaq ümidimi itirmirəm”
"Qarabağ"ın hücumçusu Reynaldo müsahibəsi
- Londondakı oyunla bağlı nə deyə bilərsiniz?
- Matçın başlanğıcı bizim üçün uğurlu alındı. Xüsusilə də Riçard Almeydanın qol vurmasından sonra hər şey yaxşı gedirdi. Amma sonradan hər şey istədiyimiz kimi getmədi. Üstünlüyümüzü artırmaq əvəzinə qollar buraxdıq və məğlub olduq. Buna baxmayaraq, komandamızın oyunundan razı qaldım. Biz layiqli təsir bağışladıq. Uşaqların hamısı özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni etdi. Unutmayaq ki, biz İngiltərənin ən yaxşı komandalarından birinə qarşı oynayırdıq.
- Birinci hissədə siz də qol vurmağa yaxın idiniz...
- Bəli, belə bir fürsət oldu. Amma qol vurmağım üçün azacıq şans çatmadı. Başqa qol vəziyyətlərimiz də oldu. Hər dəfə də azacıq nəsə çatmadı.
- Ən çətin səfər oyununuzdan xalsız qayıtdınız. Amma növbəti turlarda uğur qazanmaq üçün şans hələ qalır...
- Bəli, şansımız hələ qalır. Çünki hələ evdə üç oyun keçirəcəyik. Bu isə 9 potensial xal deməkdir. "Qarabağ" azarkeşləri komandalarını dəstəkləməyi bacarırlar. Həmin oyunlarda rəqiblərimizə layiqli müqavimət göstərə, uğur qazana bilərik. Növbəti oyunumuz "Anderlext"ə qarşı olacaq. Belçikalılara qarşı keçirəcəyimiz ilk ev oyununda uğur qazanmaq çox vacibdir.
- "Tottenhem"lə oyundan sonra "Kəpəz"lə çempionat matçına köklənmək çətin olmayacaq?
- Təkcə mənə yox, bütövlükdə komandamız üçün çətin olmamalıdır. Şəxsən mənim üçün Londonda və ya Gəncədə oynamağın fərqi yoxdur. Eşitmişəm ki, "Kəpəz"in yaxşı azarkeş dəstəyi olur. Bu amil qarşıdakı oyun öncəsi xoş həyəcan yaradır. Yeri gəlmişkən, bu, mənim Gəncəyə ilk səfərimdir.
- Jurnalistlər tez-tez sizin bu və ya digər xarici kluba keçəcəyinizə dair xəbərlər yayırlar. Mümkündür ki, siz bütün təkliflərə baxmayaraq, Azərbaycanda qalmağa üstünlük verəsiniz?
- Bu barədə danışmaq mənə çətindir. Bu mövsüm üçün Qurban Qurbanova yenidən ölkə çempionu olmağımıza dair söz vermişəm. Hazırda ancaq "Qarabağ"ı düşünürəm. Amma "Qarabağ"a nə dərəcədə yaxşı kömək edəcəyəmsə, digər klublardan da təkliflər bir o qədər çox olacaq. Mövsümün sonunadək "Qarabağ"dayam. Sonra nə olacağını mövsüm bitəndən sonra biləcəyik. Hər şeyə rəğmən, Qurban Qurbanova, Azərbaycana, azarkeşlərə minnətdaram. Çünki məni burda elə qarşılayırlar, elə münasibət və hörmət göstərirlər ki, bunu unuda bilmərəm.
- Gələn ilin fevralında Azərbaycana gəlməyinizin 3 ili tamam olacaq. Daha iki il yarım burada olacağınız halda, Azərbaycan pasportu da ala bilərsiniz...
- İnkar etmirəm ki, hələ də Azərbaycan vətəndaşlığını alacağıma, milli komandanızda debüt edəcəyimə dair ümidimi itirməmişəm.
- "Qarabağ"da sizi hər şey qane etdiyinə görə xarici klublarda oynamaqda maraqlı olmamısınız?
- Gizlətmirəm ki, mən də güclü klubda, daha sanballı çempionatda oynamaq istərdim. Məsələn, Almaniya çempionatı kimi. Belə olan halda Azərbaycanda daha iki il yarım qalacağımı iddia edə bilmərəm. Amma istənilən halda "Anderlext"dən "Qarabağ"a gələrkən hansı vəziyyətdə olduğumu və ondan sonra əldə etdiklərimi unuda bilmərəm. Bütün bunlara görə təbii ki, "Qarabağ"a çox borcluyam.
Mənbə: azerisport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi