Ölkə futbolu
Qanunda futbolçu…YAZI
Həyat və yaradıcılığı yalnız mədhiyyədən ibarət olmayan həmkarlarımızın çoxu, güman ki, təqiblərlə üzləşib. Son 15 ildə fəal jurnalistikadan uzaq olsam da, ara-sıra qələmə aldığım yazılar belə ən azı iki-üç dəfə yumşaq desəm, aqressiv reaksiya doğurub. Söhbətin daha da şişməməsinə, yəqin ki, ölkə xaricində olmağım kömək edib. Yığmamızın artıq karyerasını bitirən və həmkarlarımın adını mənə söyləmədikləri başqa futbolçuları arxamca ağzının qatığını töküb. Bir dəfə isə tapşırıqla ayaq topuna aid bütün yığmalarda çıxış etmiş başqa bir futbolçunun qohumu məktub yazaraq, hədə-qorxu gəlib. Bütün bunları həmin futbolçuya və qohumuna yazdığım uzun-uzadı cavabı “Futbol+”də dərc etməməklə bəlkə də müdrik addım atmış Mahir Rüstəmli yaxşı xatırlayar. Təəssüf ki, Rasim Əliyevin bəxti mən və başqa həmkarlarımız qədər gətirmədi…
Rasimin ölümü hamını sarsıtdı. İdmançı kimi heç kimin adını eşitmədiyi, amma bu vəhşiliklə bütün ölkəyə səs salan dırnaqarası futbolçular artıq həbsdədi. Rasimin ölümündə həkimlərin günahının olub-olmadığını istintaq araşdırır və inanmaq istəyirik ki, sonda ədalət yerini tutacaq və bütün günahkarlar haqq etdiyi cəzanı alacaq.
Yuxarıda qeyd etdiyim kimi, ayda-ildə bir yazsam da, əsasən tənqidə üstünlük vermişəm. Amma “Qarabağ” və “Qəbələ” kimi klubların rəhbərləri, Rasimin ölümündə adı keçənlərdən qat-qat nüfuzlu insanlar bu yazılara ən layiqlı cavabı veriblər. Diqqətli oxucular ötən il “Qarabağ”ın Avropa sərgüzəştləri başlarkən Abdulbari Gözəl və bu il Tiflis “Dinamo”su ilə ilk oyundan sonra “Qəbələ”nin baş məşqçisi haqda yazdıqlarımı xatırlayar. Bu gün hər iki klubumuz Avroliqanın qrup mərhəlisində mücadiləyə başlayır. Özü də “Qarabağ” dalbadal ikinci mövsümdü bu uğura imza atır. Bu nəticələrdə jurnalistlərin tənqidinin azacıq rolu varsa, həmin jurnalistlər ikiqat xöşbəxtdi. Amma ən əsası nəticədi. Nəticə də hamını mutlu edən ən gözəl, sivil cavabdı.
Düzdü, jurnalistlərin tənqidləri heç vaxt bitib-tükənməz. Məşqçi üçün əvəzedilməz futbolçu olmadığı kimi, jurnalist üçün də toxunulmaz adam olmamalıdı. Məsələn, Qriqorçukun ən sevimli oyunçusu Antonova olan sonsuz etimadı anlaşılmazdı. “Qəbələ” Avropada böyük uğurlar qazansa da, bu uğurlarda Antonovun zərrə qədər də əməyi yoxdu. Tam əksinə, 8 oyunda 1 qol vuran hücümçü meydandakı laqeydliyi ilə də hamıya göstərir ki, “mən mübarizə aparmaq və oynamaq istəmirəm”. İstisna deyil ki, Qazaxıstan klubundan müqaviləsi pozulduğuna görə 450 min dollar kompensasiya alan “futbolçu” bir növ vərdişkar olub. İndi də onun fikri “Qəbələ”nin uğurlarında pay sahibi olmaq deyil.
Robert Prosineçkinin Ruslan Qurbanovu xorvatlarla biabırçı oyunundan sonra yenidən əsas heyətdə buraxması da anlaşılmır. Və ya Azərbaycan tarixinin ən yaxşı futbolçusu Reynaldoya inadkarlıqla qapıları bağlaması… Bəlkə də bu Prosineçkidən asılı məsələ deyil. Xorvatiyalı milliyə gətirdiyi baxımlı oyunla azarkeşlərin ürəyində taxt qurmaqdadı. Bir neçə gün öncə Prosineçkini ailəsiylə birgə “Park Bulvar”da gördüm. Futbolçu dövrlərində də müqavilə şərtlərindən gileylənməyə haqqı olmayan bir dünya ulduzunu “Brioni”, “Zilli”, “Stefano Ricci” kimi brendlərdə yox, “U.S. Polo” mağazasında alış-veriş edən görmək təəccüblü idi. Kaş bu sadəlik onun yetirmələri, ümumiyyətlə, idmançılarımızın hamısı üçün də örnək ola.
Bütün anlaşılmazlıqlara baxmayaraq, həm Qriqorçuk, həm də Prosineçki nəticə verir! Ən əsas da budu. O zaman anlaşılmaz olaylara da göz yumarıq. Yetər ki, komandalarımız ugur qazansın!
İndidən demək olar ki, bu il futbolumuzun ən ugurlu ilidi. Yuxarıda adını çəkdiyim üç məşqçidən biri Avropa meydanlarında qarşıdakı nəticələrdən asılı olaraq, heç şübhəsiz, bu ilin ən yaxşı məşqçisi seçiləcək. İlin futbolçusu adını da bu oyunlarda özünü ən yaxşı tərəfdən göstərən oyunçulardan biri alacaq. Hələliksə ilin futbolçusu adını ən çox haqq edən biri var. Qurbanovların, antonovların ümidinə qalan yığmanın və “Qəbələ”nin ona çox böyük ehtiyacı var. Bu 1982-ci ildə hökumətin qərarı ilə dünya çempionatından bir ay əvvəl əfv edilən və yarışın bombardiri kimi İtaliyaya çempionluq qazandıran Paolo Rossinin taleyini yaşayan Cavid Hüseynovdu. Üçillik həbsin iki ili bitəndə ölkənin beynəlxalq arenada uğurları naminə azad edilən Rossidən fərqli, Cavid 3 aylıq həbs olunub, amma onun da indi “Qəbələ”nin və yığmanın tarixi sınaqları ərəfəsində əfv edilməsi, əminəm ki, ölkəmizə böyük fayda verər. Rasimi döyənlərə “mən onunla danışıb-barışmışam, aramızda heç bir problem yoxdu, onunla görüşə getməyin” deyən, özünün şəxsən heç bir günahı olmasa da, döyülən adamı dərhal xəstəxanada ziyarət edən, ən əsası ölkə adına yaşıl meydanlarda böyük işlər görən, uşaqlığından köçkünlük, atasızlıq zülmü görmüş şəhid oğlu karyerasının ən zirvə nöqtəsində - Avropadakı rəqiblərimiz üçün kabusa çevrildiyi anda yaşıl meydanlardan kənarda qalmamalıdı. O nə qatildi, nə də oğru! O Azərbaycan adını Avropada ən gözəl şəkildə təmsil etmək potensialı olan futbolçudu, bu gün üçün ölkənin ən yaxşı futbolçusu…
Avroliqanın qrup mərhələsi başlamamış jurnalistlərlə futbolçular birləşib “Qəbələ”nin avrokuboklarda ilk qolunu vuran, klubun ilk qələbəsində, ilk mərhələ adlamasında kapitan sarğısını daşımış Cavid Hüseynovu ziyarət etsə, çox gözəl bir jest olar…
Anar ŞABANOĞLU, qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”