10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Fakundo Pereyra: “Sabah PAOK-a qol vursam...”

“Qəbələ”nin hücumçusu Fakundo Pereyra Futbolxeber.az saytına müsahibə verib.

- Sabah Avroliqanın ilk turu çərçivəsində “Qəbələ” öz meydanında PAOK-u qəbul edəcək. Qarşılaşma haqda nə deyə bilərsən?

- Biz qarşıda çətin oyun gözləyir. Çox önəmli bir görüşdür. Çalışmalıyıq ki, yaxşı mübarizə aparaq. Qalib gəlməyi çox istəyirik. Əsas odur ki, qələbə ilə başlayaq.

- Hazırda “Qəbələ”nin formasını geysən də, müqavilə ilə PAOK-a məxsussan. Görüşdən öncə hansı hisslər keçirirsən?

- 1 aydır ki, “Qəbələ”nin düşərgəsindəyəm. Hazırda bu klubun formasını geyinirəm. Belə məqamda məni yalnız “Qəbələ”nin uğurları maraqlandırır. Sabah da komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm.

- Mətbuatda yayılan xəbərlərə görə, PAOK-dan baş məşqçi İqor Tudora görə ayrılmısan. Bu məqam sabah meydana xüsusi motivasiya ilə çıxmağına səbəb ola bilər?

- Baş məşqçi ilə aramda problem yoxdur. Sadəcə onun bir qərarı ilə razılaşmadım. Bu səbəbdən də hazırda “Qəbələ”nin futbolçusuyam.

- Sabah PAOK-a qol vursan, bunu xüsusi şəkildə qeyd edəcəksən?

- Yox. PAOK-a qol vursam, bunu xüsusi şəkildə qeyd etməyəcəm. Çünki orada olduğum müddətdə məni daim yaxşı insanlar əhatə edib. Özümə qarşı gözəl münasibət görmüşəm.

- PAOK-un baş məşqçisi İqor Tudor oyunöncəsi mətbuat konfransında “Mən Fereyraya sabahkı matçdan başqa, “Qəbələ”dəki bütün görüşlərində uğurlar arzu edirəm”. Sən ona nə arzu edirsən?

- Mən də ona uğurlar arzu edirəm.

- 2 klub arasındakı razılığa əsasən sən PAOK-la səfər matçında meydana çıxa bilmərsən. Bu qərara münasibətin necədir?

- Hazırda yalnız sabahkı matçı düşünürəm. Əsas odur ki, sabah meydana çıxım. Bu oyunu başa vuraq, gələcək barədə sonra danışarıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30