Ölkə futbolu
Qurban Qurbanov: “Onu “Tottenhem”lə oyunun start heyətində görməyəcəksiniz”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Artıq səfərə çıxırsız. İlk öncə səfər təəssüratlarınızı bölüşərdiz...
- Bu səfər bütün səfərlərdən fərqli olacaq. Çünki hələ heç vaxt o çempionatın komandasına qarşı oynamamışıq, güclərini canlı görməmişik. İndi isə İngiltərənin ən güclü klublarından birinə qarşı oynayacağıq. O ab-havanı, atmosferi hər birimiz səbirsizliklə gözləyirik. Böyük istək və həvəslə səfərə çıxırıq.
- Heyətdə hansısa problem varmı?
- Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Əksinə, problemi olanlar artıq sıraya dönüblər. Bu gün tam olaraq hazır olmasalar da, müəyyən gücə malikdirlər.
- Çumbinyonu səfərdə oynada bilərsiz?
- Yox. Belə fikrimiz yoxdur. Çumbinyo ikinci dəfə əməliyyat olunduğu üçün, onun tam sağalmasını və hazır olmasını gözləməliyik. Ancaq qarşıdakı oyunlarda fikrimiz var. İngiltərədən döndükdən sonra “Kəpəz”lə oynayacağıq. Bax bu oyundan sonra yavaş-yavaş onu oynatmağa başlayacağıq. O da az-az oynaya-oynaya özünə gələcək.
- Armenterosu “Tottenhem”lə oyunun start heyətində görə biləcəyik?
- Yox, bunu da düşünmürük. O, fiziki cəhətdən hələ elə səviyyədə deyil ki, belə oyunda ilk dəqiqələrdən meydanda olsun. Ancaq oyunun gedişində meydana çıxa bilər.
- “Xəzər Lənkəran”la oyunda iki mərkəz müdafiəçisi - Rəşad Sadıqovla Bədavi Hüseynovu oynatmadız. Onları sürətli “Tottenhem”ə qarşı yorğunçuluqdan qorumaq üçün belə etdiz?
- Sırf bu oyuna görə yox. Son bir ay ərzində çox ağır oyunlar keçirdilər. Millinin son Malta oyunundan sonra çox məyus idilər. Çünki qələbə qazanmadıqları üçün çox üzülürdülər. Milli yaxşı oyun göstərdi, ancaq qələbə qazana bilmədilər. 3 gün milli üzvlərinə istirahət verdim ki, futboldan uzaq olub, stresdən azad olsunlar. O cümlədən Ansi Aqoliyə də. Onun millisi 93-cü dəqiqədə Portuqaliyadan qol buraxdı. Psixoloji cəhətdən o da yorğun idi. Fiziki yorğunluqla yanaşı, psixoloji amilləri də nəzərə alıb, milli oyunçularına istirahət vermişdik. Artıq indi meydana buraxdığım istənilən futbolçunu çəkinmədən heyətə daxil edirəm. Çünki hər biri buna layiqdir.
- İngilis klubları adətən Avroliqaya böyük önəm vermirlər. Məsələn, “Tottenhem” ötən mövsüm qrup mərhələsinin oyunlarına ikinci heyətlə çıxırdı. Heç fikirləşmisiz ki, belə olsa daha yaxşı olardı, yoxsa, meydanda elə əsas “Tottenhem”i görmək istəyirsiz?
- Düşünmürəm ki, hər hansı bir məşqçi belə bir turnirdən imtina etsin. Çünki hər bir məşqçi bu turnirdə qalib olmaq istəyər. Belə klublarda isə birinci-ikinci heyət olmur. Əksinə, ikinci heyət üçün düşünülən futbolçular belə oyunlarda daha istəkli olurlar.
- “Qarabağ” daha çox top saxlamağa üstünlük verir. “Tottehem” isə pressinq və sürətli futbol sərgiləyir. Bu oyunda yenə öz oyun üslübunuza sadiq qalacaqsız, yoxsa başqa bir plan var?
- Desəm ki, “Tottenhem”lə başa-baş mübarizə aparacağıq, düz çıxmaz. Onlar İngiltərə Premyer Liqasında çıxış edirlər və “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul” kimi dünya nəhəngləriylə böyük ab-hava, atmosfer qarşısında oynayırlar. Onlar istənilən halda bütün konponentlərdə bizi üstələyir. Futbol ötürmə oyunudur, bundan da maksimum yararlanmaq lazımdır. Siz də qeyd etdiyiniz kimi, onlar nəinki topla, hətta topsuz da çox sürətli oynayırlar, pressinq edirlər. Ola bilsin ki, heç öz oyunumuzu oynamağa bizə imkan verməsinlər. Ancaq biz də ilk növbədə bunu onlara qarşı tətbiq edəcəyik. İmkan daxilində öz oyunumuzu oynayacağıq.
- Həqiqətən “Qarabağ” çox çətin qrupa düşüb. “Tottenhem”, “Monako” və “Anderlext” hər il Avrokuboklarda yüksək hədəfləri olan komandalardır. Heç dediz ki, kaş bu qrupa düşməyərdik?
- Yox. Tam səmimi deyirəm, belə fikrim olmayıb. Hər bir məşqçinin arzusu olmalıdır ki, özünü belə klublarla oyunda sınasın. Mənim üçün çox maraqlı olacaq. Bunu futbolçuların hiss etməsi onlar və mənim üçün böyük təcrübə olacaq. Eləcə də böyük tarixi olan “Monako” və “Anderlext”ə qarşı oynamaq. Bu komandalara qarşı hər bir futbolçu oynamaq istəyər. Heç zaman düşünməmişəm ki, bəxtimizə bu komanda çıxardı, o biri düşərdi. Qismətimizdə nədirsə, o da olub.
- Mətbuatda daimi olaraq yazılır ki, Leroy Corcla Muarem Muaremi buraxmaqda siz səhv etmisiz. Onların yeri görünürmü həqiqətən komandada?
- Hər bir yazıya hörmət etmək bizim borcumuzdur. Bəzi futbolçular komandaya tez uyğunlaşır, bəziləri isə gec. Biz çalışırıq ki, həmişə əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Leroy Muarem komandada idi, onlardan faydalanmağa çalışırdıq. İndi isə eyni hal başqalarına aiddir. Onların hər ikisi çox yaxşı insan və futbolçular idi. Həmişə onlara xoş münasibət göstərmişəm və yararlanmışam. Həmişə də onlardan razı qalmışam. Bu gün isə əlimdə olanlardan yararlanıram. Məşqçi işi budur. Ola bilər ki, oyunda sizlər indi komandada olan futbolçuların ustalığından razı qalmırsız. Ancaq mən məşqlər zamanı onlardan istədiyimi ala bilirəm. Zaman keçdikcə isə onlar daha yaxşı səviyyəyə çatacaqlar. Əgər indi oturub düşünsək ki, o futbolçular getdi, bizim işimiz alınmayacaq, o zaman uğur qazana bilmərik. Əksinə, biz hər futbolçunun bacarığından yararlanırıq. Biz bir yerdə daha da yaxşı uğurlar əldə edəcəyik. Buna inanıram.
- Adətən futbolçular millidən “Qarabağ”a yaxşı dönmürdülər və komandanız daim bunun əziyyətini çəkirdi. İndi vəziyyət necədir?
- Bayaq da qeyd etdiyim ki, fiziki yorğunçuluq öz yerində, amma onlar daha çox psixoloji yorğunluq içindəydi. Belə problem olur, onu da aradan qaldırmağa çalışırıq. İndi əlimizdə futbolçu çoxdur, düşünmədən istədimiz dəyişiklikləri edə bilirik.
- Həmişə futbolçu qıtlığıyla üzləşmisiz. İndi vəziyyət necədir, bunu aradan qaldıra bilmisiz?
- Belə baxanda, hə. Çünki hər mövqedə ən azı iki futbolçumuz var. Əlimizdə nə qədər futbolçu olsa da, həmişə daha yaxşısına ehtiyac duyulur. Amma çox futbolçu da, çox problem deməkdir.
- Yenə də axtarırsız?
- Bəli, həmişə axtarışdayıq. Bəzən elə variantlar çıxır ki, ona yox deyə bilmirik. Biz bir neçə milyon verib oyunçu almaq gücündə deyilik. Amma bəzən də böyük klublardan yaxşı futbolçu qopara bilirik. Bəzən isə 5-6 ay oynamayan futbolçunu daha əvvəlki potensialına bələd olaraq heyətə cəlb edirik. Quintana, Armenteros, Reynaldo özü buna sübutdur.
Mənbə: stadium.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”