8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Kəpəz”in qapıçısı: “İrəliləyən turlarda qələbələrimiz daha çox olacaq”

“Burada hər şey yaxşıdı və klubun durumu məni qane edir. Necə lazımdırsa, oyunlara da elə hazırlaşırıq. Oyundan oyuna komandanın çıxışı yaxşılaşır, futbolçular məşqçilərin istədiyi nəticələri qazanmağa səy göstərir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in qapıçısı Tadas Simaitis deyib.

Klubun mətbuat xidmətinə danışan litvalı qapıçı komandanın çıxışı haqda da fikirlərini bölüşüb: “İlk üç oyunda qələbə qazana bilməsək də, AZAL-a qarşı görüşdə arzulanan qələbə xallarını aktivə yazdıq. Məni ən çox narahat edən məqam “Zirə” ilə ev matçında qələbəni son anlarda əldən verməyimiz oldu. Yaxşı oynadıq, demək olar ki, üç xal əlimizdə idi. Amma qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Bilirəm ki, komandamızın yaxşı gələcəyi var. Çempionatın irəliləyən turlarında qələbələrimiz daha çox olacaq. Ruhdan düşmək qətiyyən olmaz”.

25 yaşlı “çərçivə” qoruyucusu çempionatın ilk turundan əsas heyətdə meydana çıxıb və bütün oyunları əvəzedilmədən keçirib. Tadas məşqçilər korpusunun etibar etdiyi futbolçuların ön sırasında gəlir: “Öz oyunum haqda nə deyəcəyimi bilmirəm. Yəqin ki, buna kənardakılar qiymət verə bilər. Amma söyləyim ki, işlər pis getmir. Yalnız “Zirə” ilə oyunda səhvim baha başa gəldi. Qol epizodunu hələ də unuda bilmirəm”.

Simaitis “Kəpəz” azarkeşlərindən də bəhs edib. Hər zaman sosial şəbəkələr vasitəsi ilə gəncəli fanatları fərqləndirən qapıçı şərəfini qoruduğu komandanın möhtəşəm dəstəyə malik olduğunu söyləyib: “Hələ ilk turda necə fanatlarımızın olduğunu görmüşdüm. Azarkeşlər “Neftçi” ilə qarşılaşmada bizə əla dəstək olmuşdular. Gəncədəki oyunlarımızda ab-hava lap yaxşıdı. Çoxlu sayda azarkeşin qarşısında oynamaq zövq verir. Özümüzü daha inamlı hiss edirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30