29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Uğurlu debütant

Premyer Liqanın debütantı “Zirə” IV turun “Sumqayıt”la qarşılaşmasında heç-heçə etməklə (0:0) məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb. Futbolxeber.az-ın məlumatına görə, əvvəlki 3 turda 1 qələbə qazanıb, 2 heç-heçə edən paytaxt təmsilçisi bu seriyası ilə ölkə çempionatları tarixinin ən yaxşı debütantları sırasında düşüb. Belə ki, 1992-ci ildə start götürən yarışda indiyədək yalnız iki klub startdakı 4 debüt matçında uduzmamışdı. Bütün klubların debüt etdiyi I çempionat nəzərə alınmamaqla, yalnız “MKT-Araz” və “Kəpəz” bakılılar kimi ilk 4 qarşılaşmada uduzmamışdı. İmişli təmsilçisi 2004/05 mövsümündə, 3 qat ölkə çempionu isə elitaya qayıtdığı 2010/11 mövsümündə belə uğurlu nəticə göstərib. “Gəncə” adını daşıyan komanda 5 il əvvəl ilk 4 oyunda 4 heç-heçə edibsə, “MKT-Araz”ın debütü 10 xalla əlamətdar olub (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31