8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyevdən qələbə şərhi

“Oyun gərgin alındı. Bundan öncəki 3 görüşdə yüksəksəviyyəli, hücumameyilli futbol oynasaq da, nəticə qazana bilməmişdik. Bunun gərginliyi vardı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis nəticə üçün oynadıqlarını bildirib: “Stadiona gələn azarkeşlər bizdən qələbə gözləyirdilər. Futbolçular üzərlərində böyük yük hiss edirdilər. Oyunçularım səhv etməkdən qorxurdular. Amma buna baxmayaraq, qələbə qazandıq. Etiraf edim ki, bu gün nəticə üçün oynadıq. Qazanılan  qələbə ümid edirəm ki, növbəti oyunda da işimizə yarayacaq. Azarkeşlər, jurnalistlər kimi mən də hücumçudan qol gözləyirəm. Məncə, zaman keçdikcə Aleksandr öz üzərinə düşən işi həyata keçirəcək. Hazırda yaxşı oyunçu tapmaq çətindir. Amma qışda bunun üçün imkanımız olacaq. Turnir cədvəlindəki yerimizə uyğun olaraq, transferlər edəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30