9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Roman Qriqorçuk: “İstəyimiz baş tutdu”

Ukraynada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Çernomorets” - “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb. Futbolxeber.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir: “Biz uzun yol qət edib gəlmişdik ki, təlim-məşq toplanışı keçirib, hazırlığımızı daha yüksək səviyyəyə çatdıraq. Bunun üçün azarkeşlər önündə yoxlama oyunu keçirmək istəyirdik. Sadəcə yoxlama matçı deyil, beynəlxalq görüşlər səviyyəsində olan bir qarşılaşmada qüvvəmizi sınamaq fikrində idik. Sevinirik ki, istəyimiz baş tutdu. Odessada da “Çernomorets”lə görüşümüzə maraq oldu, yerli azarkeşlər rəsmi matça yaxın olan oyuna diqqət ayırdı. Azarkeşlərin oyun ərzində bir neçə dəfə adımı səsləndirib, məni dəstəkləməsi məndə xoş təəssürat yaratdı. Onların belə addımı “Çernomorets”də çalışdığım vaxtları xatırlatdı. Azarkeşlərə minnətdaram ki, həmin vaxtları unutmayıblar. Odessada çalışanda yaxşı komanda yaratmışdıq. Bunu onlar üçün etmişdik. Mən diqqətimi əsasən öz komandamın oyununa yönəltmişdim. Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən “Çernomorets”in oyununa çox nəzər yetirmədim”.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30