8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” ilə hesablaşmamaq olmaz”

Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Krasnodar”ın baş məşqçisi Oleq Kononov püşkün nəticəsini dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, belaruslu mütəxəssis “Qəbələ” və PAOK-la birgə qrupda ikinci yer uğrunda mübarizə aparacaqlareını qeyd edib: “Heç bir şübhəsiz, qrupun əsas favoriti “Borussiya”dır. Digər 3 komanda isə qrup ikinciliyi uğrunda mübarizə aparacaq. Şanslar bərabərdir”.

49 yaşlı mütəxəssis “Qəbələ”dəki həmkarı Roman Qriqorçuk barədə də müsbət fikirlər səsləndirib: “Rəqiblərin üçünü də yaxşı tanıyıram. Azərbaycan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk mənə yaxşı tanışdır. O, Ukrayna klubların da çalışmış çox güclü mütəxəssisdir. Yaxın keçmişdə Qriqorçukun rəhbərliyi altında “Çernomorets” Avroliqada çox yaxşı çıxış etmişdi. Hazırda “Qəbələ”də bir neçə ukraynalı futbolçu çıxış edir. Onlar da mənə yaxşı tanışdırlar. Odur ki, “Qəbələ” ilə hesablaşmamaq olmaz”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30