8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Komandamla fəxr edirəm”

“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, hamımızın birlikdə qazandığımız qələbədir. Bu qələbəyə çox ehtiyacımız var idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Yanq Boyz”a qalib gələrək (3:0) Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.

Təcrübəli futbolçu  qələbəyə layiq olduqlarını bildirib: “Biz dərk edirik ki, hansı komandanın uğurları üçün çalışırıq. Üzərimizdə olan məsuliyyəti də hiss edərək meydana çıxırıq. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

Meydançanın durumundan danışmaq istəməyən kapitan  gözlədiklərindən daha yaxşı çıxış etdiklərini söyləyib: “Problem hər iki komandaya təsir edirdi. Oyundan qabaq düşünürdük ki, bizim üçün daha çox problem olacaq. Çünki biz daha çox texnikalı futbol nümayiş etdiririk, rəqib isə hava toplarından oynayır”.

Sadıqov onu da qeyd edib ki, “Yanq Boyz”la qarşılaşma avrokuboklardakı ən yaxşı oyunlarından biridir: “ Bütün komanda yoldaşlarımla fəxr edirəm. Lazım olan futbolu oynadılar. Məşqçilər də oyundan qabaq təlimat vermişdilər ki, hesabı qorumaq yox, hücum qurub öz futbolumuzu oynayacağıq. Meydançanın durumuna da fikir vermədik. Sevinirik ki, hər şey yaxşı alındı. Demək olar ki, ən yaxşı oyunlarımızdan birini oynadıq” (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30