28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Azərbaycanlı jurnalistlərə məsləhət: “GATE 13 çox təhlükəlidir, “Qəbələ”nin qoluna xüsusi sevinməyin!”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qəbələ"ni qəbul edəcək Yunanıstanın "Panatinaikos" klubu "GATE 13" ultras azarkeş qrupu tərəfindən güclü dəstək görəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə azerisport.az saytına yerli jurnalistlərdən biri məlumat verib: "Onlar çox təhlükəlidirlər. Ona görə də azərbaycanlı jurnalistlərə "Qəbələ"nin qoluna xüsusi sevinməməyi məsləhət görürəm".

Qeyd edək ki, "GATE 13" azarkeş qrupunun yer aldığı sektora hətta polislər də istəksiz yaxınlaşırlar. Adətən, bu fanat qrupu oyunlara 4000 azarkeşlə gəlir.

"Panatinaikos" - "Qəbələ" matçının keçiriləcəyi "Apostolos Nikolaidis" stadionu 16 500 azarkeş tutumuna malikdir. Arenanın bu gün baş tutacaq matç zamanı tam dolması gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31