8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Çingiz Abdullayev sükutu pozdu

“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib. Futbolxeber.az-ın məlumatına görə, bununla yanaşı, şura sədri klubun rəsmi saytına açıqlamasında “Neftçi”nin 9 futbolçusunun milli komandalara dəvət olunmasına münasibət bildirib: “Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram. “Sumqayıt” klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdür, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər”.

Çingiz Abdullayev onun Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-də yayılmış xəbərlərə münasibət bildirib: “Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdur. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabr ayının əvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30