8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Çingiz Abdullayev “Neftçi”dən gedir

“Neftçi”nin Müşahidə Şurasının sədri Cingiz Abdullayev istefa verməyə hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, bu barədə məlumatı komanda.az-a Yazıçılar Birliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri verib. Çingiz Abdullayev Yazıçılar Birliyindəki iş yerində olarkən, “Neftçi”dəki vəzifəsindən istefa verməyə hazırlaşdığını bildirib. O, bir neçə yazıçı və şairlə söhbətdə aldadıldığını etiraf edib. Abdullayev bildirib ki, utandığından “Neftçi”nin bazasına gedə bilmir. O, uzun müddətdi məvacib ala bilməyən futbolçuların üzünə baxmaqdan utandığını deyib.

Yazıçı qeyd edib ki, onu “Neftçi”yə dəvət edərkən başqa vədlər veriblər, amma buna əməl etməyiblər. Abdullayev deyib ki, AFFA rəhbərliyi ona “Neftçi”də heç bir maliyyə probleminin olmayacağını vəd edibmiş.

Bundan əlavə, Cingiz Abdullayev klubda rəhbər vəzifədə çalışan şəxslərdən də narazılıq edib. O, bu vəzifələrin qeyri-peşəkarlara tapşırıldığını deyib. Yazıçı xüsusən də “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan narazılıq edib. Qeyd edib ki, onun futboldan anlayışı yoxdu. Müşahidə Şurasının sədri Məmmədovu klubun daxilində dözülməz ab-hava yaratmaqda, öz adamlarını - futboldan anlayışı olmayanları işə götürməkdə də ittiham edib.

Yazıçı bildirib ki, yaxın günlərdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, bütün bunlar haqda ona məlumat verəcək. O, qeyd edib ki, bundan sonra “Neftçi”dəki vəzifəsindən istefa verəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30