9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın qələbəsi mənə ən gözəl ad günü hədiyyəsi oldu”

“Dünən gecə "Qarabağ"ın Avroliqanın pley-off mərhələsi çərçivəsində "Yanq Boyz"la oyunu var idi. Bildiyiniz kimi mən də həmişə bu komandanın oyunlarına getmişəm, dəstəkləmişəm və "Qarabağ"ın beynəlxalq yarışlarda iştirakının həm də siyasi məsələ olduğunu söyləmişəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist, bu gün 51 yaşı tamam olan Rəşad Məcid bakuinfo.az saytına verdiyi müsahibədə deyib.

R.Məcid ad gününə ən gözəl hədiyyənin “Qarabağ”ın qələbəsi olduğunu bildirib: “Dünən də doğma komandamın oyununa baxırdım. İkinci hissə başlayan kimi çox gözəl bir qol vurduq. Hesab edirəm ki, bu qol ad günümün başlanğıcında ilk təbrik və ən gözəl hədiyyə oldu. Oyundan bir az sonra "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov da mənə dedi ki, bu sizin ad gününüzə ən gözəl hədiyyədir. Eyni zamanda saat 12 olan kimi doğma insanlar, əziz adamlar SMS yazmağa başladılar.  "Qarabağ"ın qalib gəlməsi Ağdamsızlığı bizə bir az unutdurur, məğlubiyyət kompleksini aradan götürür. Əminəm ki, gün gələcək, üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda dalğalanacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30