8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"la oyun qorxulu bir səhnə idi"

"Qarabağ"a məğlubiyyət üzücüdür. Ancaq Harald Qamperle  hələ də "Yanq Boyz"un baş məşqçisidir". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Yanq Boyz" klubunun idman direktoru Freddi Bikel Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:1) sonra  deyib.

O, komandasının məğlubiyyətini baş məşqçi amili ilə bağlayıb: "Futbolçularımız əsəbi idi. Sanki onlar özlərinə inanmırdı. Buraxılan qoldan sonra isə komandamızda problemlər daha qabarıq hiss olundu. Ümumiyyətlə, sadaladıqlarım qorxulu bir səhnə idi. Bu da o deməkdir ki, nəsə etməliyik. "Qarabağ"la oyun göstərdi ki, baş məşqçi ilə bağlı təcili addım atmalıyıq. Cavab matçında komandaya kimin rəhbərlik edəcəyi hələlik bilinmir. Həmin şəxs mövsümün sonuna qədər bizimlə çalışmalıdır".

"Qarabağ"la Bakıda keçiriləcək cavab matçına da toxunan  F. Bikel komandasının qrup mərhələsinə yüksəlmək şansının olduğunu qeyd edib: "Mərhələ adlamaq şansımızı hələ itirməmişik. Hiss edirəm ki, futbolçularımız buna qadirdir".

Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30