29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ”ın 350-ci qələbəsi

“Qarabağ”ın Topaz Premyer Liqasının 2015/16 mövsümündə qazandığı qələbə yubileylə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, II turun “Rəvan”la səfər oyununda (2:1) qalib gələn Ağdam təmsilçisi Azərbaycan çempionatında 350-ci dəfə meydanı qələbə ilə tərk edib. Əyalət klubu “350”yə 659-cu matçında nail olub. “Qarabağ”ın hesabında 350 qələbə ilə yanaşı, 158 heç-heçə və 151 məğlubiyyət də var.

214 dəfə evdə, 133 dəfə səfərdə qalib gələn ağdamlılar neytral meydanda 3 qələbə qazanıb. Ağdamlılar Azərbaycan çempionatındakı qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakı klubunun hesabında 387 qələbə var.

Cari mövsümdə ilk qələbəsini qazanan əyalət klubu əvvəlki 23 çempionatda ən çox - 24, ən az 5 dəfə qalib gəlib: 1992 – 24, 1993 – 11, 1993/94 – 21, 1994/95 – 13, 1995/96 – 13, 1996/97 – 23, 1997/98 – 14, 1998/99 – 20, 1999/2000 – 5, 2000/01 – 5, 2001/02 – 13, 2003/04 – 19, 2004/05 – 22, 2005/06 – 12, 2006/07 – 6, 2007/08 – 11, 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 20.

Qeyd edək ki, “Qarabağ” çempionatda ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb - 6:0.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31