7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Elxan Məmmədov UEFA rəsmiləri ilə görüşüb

 

Bu gün İngiltərənin paytaxtı London şəhərində UEFA-nın XXXVII Növbəti Konqresi keçirilir. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov Konqresdə iştirak edir.  
E.Məmmədov səfər çərçivəsində UEFA-nın baş katibi Gianni İnfantino və UEFA-nın Milli Assosiasiyalar üzrə direktoru Teodor Teodorislə görüşüb. AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən E. Məmmədov UEFA rəhbərliyinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı sərəncam imzaladığını və AFFA-ya hazırlıq işlərinə başlamaq səlahiyyəti verildiyi barədə məlumat verib. Qeyd olunub ki, bu sərəncamla Azərbaycan Prezidenti 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda keçirilməsinə dövlət səviyyəsində dəstək veriləcəyini bildirib. UEFA rəsmilərinin diqqətinə çatdırılıb ki, AFFA yaxın gələcəkdə tələb olunan bütün sənədlərin hazırlığına başlayacaq. Dövlət başçısının sərəncamı hazırlıq prosesinə başlamaq imkanı verir və Azərbaycan bu məsələdə dövlət səviyyəsində dəstəklənən ilk ölkələrdən biridir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30