Ölkə futbolu
“Əmin olun, siz yunanlar Bakıdan da, Azərbaycan xalqından da razı qalacaqsız”
Yunanıstan mətbuatı Avropa Liqasının pley-off mərhəhələsində “Qəbələ” və “Panatinaikos” matçını diqqət mərkəzində saxlayır. Futbolxeber.az-ın məlumatına görə, oyun ərəfəsində bu ölkənin nüfuzlu idman portallarından olan sport24.gr saytı Azərbaycanın qol.az saytının baş redaktoru Aydın Bağırovla geniş müsahibə götürüb.
Müsahibədə “Qəbələ” klubu və Azərbaycan futbolu, Bakıya səfər edəcək “Panatinaikos”un təhlükəsizliyi, eləcə də jurnalist Rasim Əliyevin bugünlərdə futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülərək öldürülməsi məsələsinə toxunulub.
A.Bağırov “Qəbələ”nin Azərbaycan nüfuzlu klublardan biri olduğunu deyib. O, klubun ölkədə futbolun, xüsusilə uşaq futbolun inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Qol.az-ın baş redaktoru “Qəbələ”nin ölkədə uşaq futbol akademiyası yaradan və bu sahədə uğurlu faəliyyət göstərən klublardan biri olduğunu söyləyib.
- Bu doğrudur ki, “Panatinaikos”la Bakıdakı oyun zamanı “Qəbələ”ni Azərbaycan klublarının hamısının azarkeşi dəstəkləyəcək. Bir də sizin Bakıya gələcək “Panatinaikos” azarkeşlərinə mesajınız nə ola bilərdi?
- Azərbaycanda futbolu çox sevirlər. Avropa kuboklarının oyunları zamanı azarkeşlər demək olar ki, klublarımız arasında fərq qoymur. Bu mənada, “Panatinaikos”la oyun da istisna deyil. Əminəm ki, həmin günü stadion tam dolacaq və bizim azarkeşlər “Qəbələ”dən öz dəstəyini əsirgəməyəcək. O ki qaldı yunan fanatlarına, əminəm ki, onlar Bakıdan və qonaqpərvər Azərbaycan xalqından razı qalacaqlar.
- Azərbaycanda “Panatinaikos”a münasibət necədir?
- Bu klub Azərbaycanda da yetərincə tanınır. Bu komandaya hörmətlə yanaşırıq. Bilirik ki, “Panatinaikos” Yunanıstan futbolunun nəhənglərindəndir. Bu cütlükdə favorit yunan komandasıdır. Amma bizim öz komandamız olan “Qəbələ”yə inanımız böyükdür. Onların Avroliqanın qrupuna düşəcəyinə də ümid edirik.
- Oyunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. “Qəbələ” və polis bu istiqamətdə nə kimi işlər görür?
- Mənim Bakıda “Panatinaikos” və yunan azarkeşlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunacağına heç bir şübhəm yoxdur. Bu, Azərbaycanın qəbul etdiyi birinci və sonuncu idman yarışı deyil. Siz indiyədək eşitmisiniz ki, bizdə idman yarışları zamanı hansısa problem olsun? Əlbəttə ki, yox! Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il neçə-neçə beynəlxalq səviyyəli idman yarışı keçirir. Bu il ölkəmizdə ilk dəfə olaraq birinci Avropa Oyunları keçirildi. O yarışda iştirak edən bütün idmançılar, o cümlədən sizin Yunanıstanın atletləri Azərbaycan dövləti tərəfindən idmançıların təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunduğunu təsdiqləyə bilərlər. İdmançıların və qonaqların təhlükəsizliyi bizdə hər zaman yüksək səviyyədə qorunub. “Qəbələ” - “Panatinaikos” oyunu zamanı da belə olacaq.
- Cavid Hüseynov “Apollon”la oyundan sonra qələbəni Türkiyə bayrağı ilə qeyd etdi. Sizinkilər idmanı niyə siyasətə qatır?
- Cavid Hüseynov həmin oyundan sonra öz sevincini meydanda Azərbaycan, eyni zamanda bizə qardaş dövlət olan Türkiyənin bayrağı ilə dövrə vurmaqla qeyd edib. Bu hərəkətlə heç kim təhqir olunmayıb. Amma təəssüf ki, Kiprdəki oyunda bizim bayraq cırılaraq təhqir olunmuşdu. Azərbaycandakı təkrar oyun zamanı isə bizim azarkeşlər yunan fanatlardan fərqli olaraq belə təxribatçı əməllərə yol vermədilər.
- Jurnalist Rasim Əliyevlə bağlı nə deyə bilərsiniz? Onun futbolçu Cavid Hüseynovun yaxınları tərəfindən Facebook-da yazdığı statusa görə döyülməsi faktı doğrudur?
- Bəli. Təəssüf ki, bu hadisədən sonra Rasim xəstəxanada dünyasını dəyişdi. Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycan dövləti bu cinayəti kəskin şəkildə pislədi. Dövlət başçısı bu məsələni şəxsi nəzarətinə götürdü və qətli törədənlər tezlikdə tapılaraq həbs edildi.
- “Amnesty International” təşkilatı Azərbaycanda jurnalistlərə təzyiq olunduğunu bildirir.
- Mən bu qurumun qeyri-ciddi bəyanatlarını şərh eləmək istəmirəm. Bircə faktı deyim ki, Rasim Əliyevin qətlini ilk gündən pisləyən və bunu söz azadlığına hücum kimi qiymətləndirənlərdən biri prezident İlham Əliyev olub. Rasimin qətlindən cəmi bir gün sonra cinayətin bütün iştirakçıları həbs edilib. Azərbaycan dövləti ölkədə söz azadlığının təmin olunmasına, jurnalistikanın inkişafına yetərincə dəstək verməkdədir.
- Belə xəbərlər var ki, “Panatinaikos”la oyunlardan əvvəl Cavid azadlığa buraxılacaq, sonra isə yenidən türməyə qaytarılacaq? Axı onun adı “Panatinaikos”la oyun üçün UEFA-ya sifariş olunub.
- Mən bilmirəm, siz yunan jurnalistləri bu qədər gülməli və qeyri-ciddi xəbərləri haradan alırsız. Siz özünüz belə bir şeyə inanırsınız?
UEFA-ya sifariş məsələsinə gəlincə, bu, sırf təxniki məsələdir. Cavidin adı UEFA-ya avqustun 10-da göndərilib. Yalnız iki gün sonra - avqustun 12-də futbolçu həbs olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
18:49
Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
-
17:18
"Şamaxı" daha bir futbolçu ilə vidlaşdı
-
16:23
"Zirə" onlarla yollarını ayırdı
-
15:52
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
-
15:36
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib
-
13:07
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı