8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Vəkil: “Cavid Hüseynov ev dustağı edilə bilər”

“Məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı. Hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovun appelyasiya şikayəti təmin olunmadı. 3 ay həbs qərarı qüvvədə qaldı”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri vəkil Adəm Məmmədov deyib.

Bu gün Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun barəsində seçilmiş həbs qəti imkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib. 3 aylıq həbs qərarı qüvvədə saxlanılıb.

Şikayətləri təmin olunmasa da, Adəm Məmmədov yenidən məhkəməyə üz tutacaqlarını bildirib: “2-3 gün ərzində tərəfimizdən Cavid Hüseynovun ev dustaqlığına çıxarılması barədə müraciət olacaq. Bu məsələyə Səbail Rayon Məhkəməsində baxılacaq. Proses gələn həftə baş tutacaq. Cavidin himayəsində 2 azyaşlı uşaq var. Ailə vəziyyətinə görə, müraciətimizin qəbul olunacağına inanıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30