29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Xəzər Lənkəran"da ilklər həftəsi

Çempionatın ilk həftəsi uğurlu nəticələrlə yanaşı “Xəzər Lənkəran”ın bir sıra futbolçusu üçün əlamətdar faktlarla yadda qalıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəranda yeni futbol mövsümü şənbə günü əvəzedici heyətlərin oyunu ilə başlayıb. “İnter”in əvəzedicilərinə 0:2 hesabı ilə məğlub olan Elbrus Məmmədovun yetirmələri toparlanaraq yekunda 3:2 hesablı qələbəni bayram edib. Maraqlı fakltlardan biri o oldu ki, həmin matçda komandanın heyətində 4-ü start heyətində olmaqla 5 nəfər 1999-cu il təvəllüdlü futbolçu iştirak edib. Bunlardan Yusif Həsənov, İbrahim Qədirzadə və Şamxal Sadiqov ötən mövsüm əvəzedici heyətdə çıxış etmişdilərsə, yenicə peşəkar müqavilələrə imza atmış Kamal Dənziyev və Kənan Həsənov debüt matçlarına çıxdılar.

Elə qələbənin qazanılmasında da 16 yaşlı yetirmələr böyük rol oynadı. İki il öncə akademiyanın skautları tərəfindən Astarada aşkar olunub komandaya cəlb olunan hücumçu Kamal Dənziyev komandanın ilk qolunu vurmaqla hesab arasındakı fərqi azaltdı. Bir qədər sonra məhz Kamala qarşı qayda pozuntusuna görə təyin olunan penaltini kapitan Zaman Mirzəzadə qola çevirdi. Son dəqiqələrdə isə Kamal həmyaşıdı İbrahim Qədirzadəyə etdiyi qol ötürməsi ilə qələbəyə yekun tövhəsini verdi.

Bu arada, İbrahim Qədirzadə üçün sözügedən matç onun əvəzedici heyətdə vurduğu ilk qolla yaddaşda qaldı. U-16 və U-17 liqalarında bu tip uzaqda zərbələrlə vaxtaşırı fərqlənən yarımmüdafiəçi, artıq burada da qol hesabını açdı.

Bazar günü baş tutan əsas komandanın oyunu da 3 futbolçunun debütü ilə yadda qaldı. Ötən ilin əvvəlində komandaya cəlb olunan, amma heyətdə çıxış etmək imkanı əldə etməyən və bu yay icarədən qayıdan Orxan Əliyev start heyətində meydana çıxdı və yaxşı təəssürat bağışlaya bildi. Əvəzedicilərin kapitanı Zaman Mirzəzadə də əsas komandanın heyətində ilk oyununa çıxdı. Müdafiədə görməyə adət etdiyimiz 20 yaşlı yetirmə baş məşqçinin göstərişi əsasında mərkəz hücumçusu mövqeyində çıxış etdi. Son dəqiqələrdə isə daha bir debüt baş tutdu – 19 yaşlı Fərid Əsədov meydana daxil oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31