29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Panatinaikos”un ulduz futbolçusu Bakıya gəlməyəcək

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” matça hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Afina təmsilçisi hazırda heç də tam heyətlə məşq keçə bilmir.

Üç futbolçu son məşqlərdə baş məşqçi Yannis Anastasiunun ixtiyarında olmayıb. Bunlar məşhur futbolçu Maykl Essyen, kapitan Zeka və müdafiəçi Rasmus Telanderdi. “Çelsi”, “Milan”, “Real” kimi klublarda çıxış etmiş Essyenin durumu daha ciddidi. Qana millisinin yarımmüdafiəçisi zədə ucbatından sentyabra qədər kollektivə qoşula bilməyəcək. Bu isə o deməkdi ki, Essyen “Qəbələ” ilə hər iki görüşü buraxacaq.

Portuqaliyalı yarımmüdafiəçi Zeka, eləcə də danımarkalı müdafiəçi Telander isə artıq fərdi məşqlərə başlayıblar. Kollektivdən ayrı qalan hər iki əcnəbi oyunçu hazırlığını trenajor zalında davam etdirir. Onların “Qəbələ” ilə ilk qarşılaşmada iştirakı sual altındadı.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31