9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Junior Martins: “Kəpəz” hər oyuna qələbə qazanmaq üçün çıxacaq”

“Kəpəz”in yarımmüdafiəçisi Junior Martins “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın ilk turunda “Neftçi” ilə heç-heçə oynadınız. Bu görüş haqda nə deyə bilərsən?

- Çempionatdakı ilk oyunumuz idi. Bu görüşə çox yaxşı hazırlaşmışdıq. Komada yoldaşlarımı təbrik etmək istərdim. Biz meydanda bütün gücümüzü qoyduq. Futbolçular qələbə qazanmaq qazanmaq üçün əllərindən gələni etdilər. Yalnız lazım olan qolu vura bilmədik. Bununla belə, yaxşı oynadığımızı düşünürəm. 

- Öz oyunundan razı qaldın? Ünvanına çatan uzun ötürmələrin dəqiqliyi ilə seçilirdi.

- Mənim bu haqda nəsə deməyim düz çıxmaz. Kənardan daha yaxşı görünür. Mən “Kəpəz”ə xeyir vermək üçün burdayam. Komandaya yardımçı olmaq üçün əlimdən gələni edəcəyəm.

- Bu matçda “Kəpəz” 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Məncə, xal qazandığımızı düşünürəm. Bu yaxşı nəticədir. Səfərdə oynadığımızı unutmaq olmaz. Həm də “Neftçi” də zəif komanda deyil.

- Görüşün son 20 dəqiqəsini də azlıqda keçirdiniz...

- Hə, azlıqda qaldıq. Amma sona qədər mübarizə aparıb, nəticəni qoruduq. Bu, yaxşı haldır. Artıq növbəti oyunları düşünməliyik. İnanıram ki, qarşıdakı oyunlarda bundan da yaxşı oynayacağıq.

- 4 ildən sonra yenidən Azərbaycandasan. Çempionatın səviyyəsində dəyişiklik hiss etdin?

- İndidən nəsə demək üçün tezdir. Amma ümumi çempionat haqda məlumatım var. Yenə də Azərbaycanda yaxşı komandalar var. Avropada oynayan klublar da uğurlu nəticələr əldə edirlər. Bu isə çempionatın inkişafına təkan verir.

- “Kəpəz”in cari mövsümdəki hədəfi nədir?

- Hazırda konkret yer barədə danışa bilmərəm. Hər oyunda vuruşmalı, çalışmalıyıq. Əvvəldən nəticə barədə düşünmürük. Amma hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Yaxşı oyun göstərdikcə nəticə də olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30