Ölkə futbolu
Xaqani Məmmədov: “Hakimlər bu dəfə işlərinə çox məsuliyyətlə yanaşdılar”
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Bu günlərdə hakimlərin Polşada təlim-məşq toplanışı keçirildi. Yeni mövsümə hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Əvvəlcədən planlaşdırdığımız kimi, toplanışı Polşanın Varka şəhərində keçirdik. Artıq ikinci dəfədir ki, həmin yerdə toplanış təşkil edirik. Bildiyiniz kimi, yay aylarında oyunlar az olur. Amma həmin məkanda hakimlərimiz Polşanın I liqasının komandalarının, eləcə də İsrail Premyer Liqasının 2 klubunun iştirakı ilə keçirilən oyunları idarə etdilər. Planda 12 oyun idarə edəcəyimiz nəzərdə tutulsa da, hakimlərimiz 14 matçda ədaləti qorudular. Əvvəlki illərlə müqayisədə, oyunların səviyyəsi yüksək idi. Hətta vaxtilə UEFA kubokunda mübarizə aparmış “Poloniya” kimi klub da həmin komandaların arasındaydı. Bu komandaların iştirakı ilə keçirilən 3-4 oyunu idarə etdik. Polşa Premyer Liqasının oyunlarını idarə etməməyimizin səbəbi isə həmin vaxt orada çempionatın başlanması ilə bağlıdır. Toplanışın gedişindən və nəticələrindən razı qaldım.
- Hazırlıq müddətində hansı çatışmazlıqları təsbit etdiniz?
- 14 günlük toplanışın I mərhələsini ötən mövsümün oyunları zamanı yaşanan problemlərin təhlilinə və aradan qaldırılmasına ayırdıq. Premyer Liqanın və başqa ölkələrin çempionatlarından hazırlanan, eləcə də FİFA və UEFA-nın hazırladığı video materialları izlədik, baş verən hakim səhvlərinin analizini apardıq. Hakimlərimiz müxtəlif suallara cavab verdilər.
İkinci mərhələni isə yeni mövsümün planlarına, FİFA və UEFA-dan göndərilən yeni materalların hakimlərimizə izahına və digər məsələlərə ayırdıq.
- Bəs razı qaldığınız nüanslar hansılar oldu?
- Razı salan məqamlardan biri hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdır. Artıq onlar UEFA-nın müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçdi və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Gün ərzində 2 dəfə ağır məşqlər keçirdik. Fiziki hazırlıq üzrə məşqçimiz Namiq Quliyev UEFA-nın son materiallarını hakimlərə çatdırırdı. Toplanışın sonunda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Birincidə indiyə qədər olan, ikincidə isə UEFA-nın eksperimet normativi yerinə yetirdilər. Onu da deyim ki, yeni normativi tətbiq edən ilk ölkələrdənik. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu.
- Hazırlıq prosesinə yeni hakimlər dəvət etmişdinizmi?
- Bu dəfə toplanışa dəvət etdiyimiz hakimlərin sayını azaltmışdıq. Bu hansısa problemlə bağlı deyildi. Belə bir çətin vəziyyətdə hakimlərin ölkə xaricində yüksək səviyyədə toplanış keçirməyinə şərait yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Hakimlərin sayı az olanda dərslərdə, məşqlərdə məhsuldarlıq yüksək, nəticə effektli olur. Bir neçə gənc hakim var ki, onları Premyer Liqada görəcəyik. Onlardan Rəvan Həmzəzadəni, Xəlil Xəlilovu, Ramil Əhmədovu nəzərdə tuturam.
- Premyer Liqanın startına 10 gündən az vaxt qalıb. Hakimlər oyunları idarə etməyə hazırdırlarmı?
- Hakimlik zamanı bəzən elə səhvlər olur ki, heç onun izahını qaydalarda tapa bilmirsən. Sonradan beynəlxalq qaydalar şurası toplaşıb onu qaydalara salırlar. Ümumi götürdükdə, hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçdilər. Bu il ilk dəfə olaraq hakimlər biletlərdən əlavə, metodika üzrə də imtahan verdilər. Onlar fiziki hazırlıq üzrə normativləri də yerinə yetirdilər. Sadaladıqlarıma əsaslanıb hakimlərin çempionata hazır olduğunu deyə bilərəm. Amma oyunlar zamanı nələrin baş verəcəyini çempionatın startından sonra görəcəyik. Onu da vurğulayım ki, hakimlər bu dəfə işlərinə çox məsuliyyətlə yanaşdılar.
- Hakimlər ləvazimatlarla tam təchiz ediliblərmi?
- Müqayiə üçün deyim ki, Rusiya Futbol İttifaqı cari mövsümdən çempionat oyunları zamanı “sprey”lərdən istifadə etməklə bağlı qərar qəbul edib. Düzdür, iki tur arxada qalsa da, hələ ortada heç nə yoxdur. Amma biz ötən mövsümdən bu ləvazimatdan yararlanırıq. Bundan başqa, bəzi oyunlarda “6-lıq” sistemindən də istifadə edirik. Bir sözlə, hakimlərimiz lazımi ləvazimatlarla tam təchiz olunub.
- I divizion və əvəzedici komandaların oyunlarına təyinat alacaq hakimlər üçün seminar keçiriləcəkmi?
- Bu günlərdə belə bir seminar keçirməyi planlaşdırırıq. Təbii ki, seminarın sonunda onlardan həm nəzəri biliklərlə bağlı imtahan, həm də fiziki normativlər götürüləcək. İmtahandan keçməyən və nprmativləri verə bilməyən hakimlər müəyyən müddətə kənarda qalacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”