7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

"Neftçi" rəhbərliyinin gənc futbolçuların inkişafı üçün atdığı addım təqdirəlayiqdir"

 

 

“Neftçi” PFK-nın futbolçusu Nicat Qurbanov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, son 1 ili icarə əsasında “Simurq” klubunda keçirən 21 yaşlı yarımmüdafiəçi ardıcıl 3 dəfə Azərbaycan çempionu olan flaqmana qayıtdığı üçün şad olduğunu bildirib: “Klub rəhbərliyinin gənc futbolçuların inkişafı üçün atdığı addım təqdirəlayiqdir. Xatırlayırsınızsa, Elvun Yunuszadə “Simurq”da bir il oynayandan sonra “Neftçi”yə qayıdıb, əsas heyət üzvünə çevrildi. Eyni addımı mən də atdım, Zaqatala klubunda Premyer Liqa təcrübəsi qazandım. “Neftçi”yə qayıtdığıma görə çox şadam. Doğma komandamızın uğurları üçün çalışacağam. “Neftçi” kimi tarixi klubun üzvü olmaq hər bir futbolçu üçün böyük şərəfdir”.
Qurbanov komandasının Çempionlar Liqasında mübarizə aparmasına da münasibət bildirib: “Neftçi” ötən il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu il eyni uğura daha mötəbər turnir olan Çempionlar Liqasında nail olmağa çalışacağıq. Artıq mən də komandama var gücümlə kömək etmək üçün əlimgən gələni edəcəyəm. Məqsədim əsas heyətdə möhkəmlənməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30