8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ” təkcə “Rudar”ı deyil, növbəti rəqiblərini də keçəcək”

“Qarabağ”dan həmişəki kimi məzmunlu oyun və yaxşı nəticə gözləyirik. İnanıram ki, ilk oyundaca “Qarabağ” öz iddiasını ortaya qoyacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Rudar”la qarşılaşacağı oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis komandamızın hər iki oyunda uğurlu nəticə qazanaraq mərhələni keçəcəyinə inandığını bildirib: “Bu gün Avropada zəif rəqib yoxdur. Hər bir komandaya hörmətlə yanaşmalıyıq. Ancaq “Rudar”la müqayisədə “Qarabağ”ın Avropa təcrübəsi daha çoxdur. Bunu dünən Qurban Qurbanov da bildirdi. Onu da deyim ki, “Rudar” kimi komanda üçün “Qarabağ”a qarşı oynamaq şərəflidir. Yəni rəqib üçün əla bir stimul var. Təbii ki, bunu “Qarabağ”ın oyunçuları da dərk edir. Mən inanıram ki, “Qarabağ” həm “Rudar”, həm də növbəti rəqiblərini keçəcək”.

V.Sadıqov bir neçə aparıcı futbolçunun ”Qarabağ”ı tərk etməsinin komandaya mənfi təsir etməyəcəyini qeyd edib: “Bu haqda  çox danışılır. Ancaq həmişə bildirmişəm ki, “Qarabağ” ayrı-ayrı futbolçuları ilə deyil, komanda şəklində güclüdür. Bugünkü oyunda bunun şahidi olacaqsınız. Son uğurları bir daha sübut edir ki, “Qarabağ” güclü Avropa klubuna çevrilib. Komandamız bundan da irəli getmək üçün, Azərbaycanı daha da tanıtdırmaq üçün böyük imkanlara malikdir. “Qarabağ”ın oyun dəsti-xətti, azarkeş dəstəyi, yaradılan şərait imkan verir ki, komanda avrokuboklarda uğur qazansın”.

V.Sadıqov onu da əlavə edib ki, Qurban Qurbanovun komandası ötən mövsüm avrokuboklarda qazandığı nəticəni yenidən təkrarlamaq gücündədir: “Ötənilki uğur “Qarabağ”ın potensialının göstəricisidir. Bunun davamı kimi ən azı yenidən qrupa mərhələsinə vəsiqə qazanmaq lazımdıdır. Bu gün futbol inkişafdadır. “Qarabağ”ın inkişafı dayanmır. Ona görə də komandamızın yenidən qrup mərhələsində oynayacağına inanıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30